Əlaqə Arxiv
news Image
2020.11.04
16:17
| A A A
Qarabağa ədalət!

Ermənilər Qərbi azərbaycanlı həmvətənlərimizi öz ata yurdlarından zor gücü ilə qovduqdan sonra Azərbaycanın ən gözəl guşəsi olan Qarabağa tamal saldılar. Onların bu əməllərinə daim dəstək olan Rusiya dövləti idi. Rusiya çalışırdı ki, doğma qardaşlar olan Azərbaycanla Türkiyə arasında özünə sədaqətli olan bir xristian dövləti yaratsın və ona arxalansın. "Erməni vilayəti" gələcəkdə Rusiyanın müttəfiqi olacaq belə bir dövlətin bünövrəsi idi. Bu "vilayətin" yaradılmasından az sonra Qərbi Azərbaycanın yerli əhalisi olan azərbaycanlıların buradan sürgün olunmasına başlandı. Bu işdə Rusiya ermənilərə hərtərəfli kömək göstərirdi. Elə bu zamanlardan başlayaraq ermənilər silahlandırılıb azərbaycanlıların üzərinə qaldırıldı. Onların bizə qarşı törətdikləri unudulmaz qan yaddaşıdır.

Günahsız və əliyalın bir millətin başına gətirilən bu müsibətlərə göz yuman dünya bugün də göz yummağa çalışır. Hər bir Azərbaycan vətəndaşı Xocalıya ədalət deyə haray çəkəndə bizə qulaq vermədilər. Amma bu gün dünya nə qədər göz yummağa çalışsa da bu alınmır. Çünki Azərbaycan Respublikasının Prezidenti Cənab  İlham Əliyev Qarabağın həqiqətlərini demək olar ki, bütün məşhur dünya kanallarına bu baradə açıqlamalar verib. Bizim yolumuz haqq yoludur deyən Ali Baş Komandanımız ermənilərin bizim torpaqlarımızdan rədd olmağını tələb edir. Biz vəhşicəsinə öldürülmüş, işgəncələr verilmiş, şikəst edilmiş həmvətənlərimizin xatirəsi önündə baş əyirik. Erməni quldurları şəhidlərimizin axan hər damla qanının hesabını verir və verəcək. Şuşamızda tezliklə Azərbaycan bayrağı dalğalanacaq!

 

Hüseynli Elşən 

Nəsimi rayon gənci, Azərbaycan Dillər Üniversitetinin tələbəsi

Sizin Reklam Yeriniz