Əlaqə Arxiv
news Image
2020.11.08
10:47
| A A A
Bakı və bölgələr üzrə koronavirusa yoluxma göstəricisi açıqlanıb

Azərbaycanda COVID-19-a yoluxma hallarının rayon və şəhərlər üzrə statistikası açıqlanıb.

Mövqe.az xəbər verir ki, yoluxmanın 54,4%-i Bakının payına düşür.

Sonrakı yerlərdə - Abşeron 14,1%, Aranda 10,7 %, Gəncə-Qazax 7,0 %, Lənkəran 4,0 %, Şəki-Zaqatala 3,2 %, Quba-Xaçmaz 2,9 %, Dağlıq Şirvan 1,8 %, Yuxarı Qarabağ 1,1 %, Naxçıvan 0,07 %.

Ölkə xaricindən gələn şəxslərin isə 0,8 faizi virusa yoluxub.

Bakının rayonlarına gəlincə, ən yüksək göstərici Binəqədidə (14,6%) qeydə alınıb. Sonrakı yerdə 12,8%-lə Xətai, 11,5%-lə Yasamal, 11,4%-lə Sabunçu, 8.4%-lə Nəsimi, 8,2%-lə Suraxanı, 7,3%-lə Nərimanov, 7,3%-lə Nizami, 6,5%-lə Qaradağ, 6,2%-lə Xəzər, 4,8%-lə Səbail, 0,3%-lə Pirallahı gəlir.

Qeyd edək ki, Azərbaycanda ümumilikdə 63 748 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 48 049 nəfər müalicə olunaraq sağalıb, 824 nəfər vəfat edib, aktiv xəstə sayı 14 875 nəfərdir.

Sizin Reklam Yeriniz