Əlaqə Arxiv
news Image
2020.11.08
11:22
| A A A
Özbək portalları növbəti dəfə erməni terrorundan yazdı

Özbəkistan “kun.uz” və “fikr.uz” portalları Ermənistanın Azərbaycana təcavüzü ilə əlaqədar məqalələr yerləşdirib.

Axar.az xəbər verir ki, “kun.uz” portalı MDB Hökumət Başçıları Şurasının noyabrın 6-da videokonfrans formatında iclasının keçirilməsi və tədbirdə Azərbaycanın baş naziri Əli Əsədovun iştirakı ilə əlaqədar məqalə çap edib.

Baş nazir iclasda Ermənistanın Azərbaycana qarşı təxribatları, Silahlı Qüvvələrimizin əks hücumu, terrorçu dövlətin Azərbaycanın dinc əhalisinə qarşı hərbi cinayətləri, Gəncə, Mingəçevir, Bərdə və digər məntəqələrimizin dinc əhalisini “Smerç”, “Tochka-U”, “Elbrus” və digər qadağan olunmuş ballistik raket və kasset bombaları ilə atəşə tutması, sentyabrın 27-dən indiyədək 92 dinc adamın həlak olması, 404 mülki şəxsin yaralanması haqqında məlumat verib.

“Fikr.uz” portalı yazır ki, müharibə başlayandan Ermənistandan təkcə Ağdama 10 mindən çox mərmi və raket atılıb. Bu rayonda 7 adam ölüb, 42 milki şəxs yaralanıb, çoxlu dağıntılar var. 15 məktəb və 5 uşaq bağçası dağılıb.

Sizin Reklam Yeriniz