Əlaqə Arxiv
news Image
2020.11.12
10:33
| A A A
Biz qayıtdıq, Qarabağ!

Noyabrın 10-u Azərbaycan üçün tarixi əhəmiyyətli bir gündür. 30 illik həsrətə son qoyduğumuz, mənfur düşməni öz torpaqlarımızdan iti qovan kimi qovduğumuz və zəfər çaldığımız gündür. Güclü Ordumuz, Ali Baş Komandanımız, qorxmaz, cəsur igidlərimiz sayəsində Qarabağımıza qayıdırıq. Bu gün,hər birimiz hər birimiz sözlərlə ifadə edə bilməyəcəyimiz qədər qürur hissi keçiririk. Ədalətin yenidən bərpa edilməsi, Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün öz canından keçən şəhidlərimizin qarşısında baş əyirik.

Mən əminəm ki, bütün şəhidlərimizin ruhu, hal hazırda şaddır. Çünki 30 il sonra biz, hərkəsin mümkünsüz olaraq gördüyünü, reala çevirdik. Düşmənlərimizə kim olduğumuzu göstərdik. Onlara layiqli cavablarını verdik. Öncə Şuşanın işğaldan azad edilməsi, daha sonra 72 kəndimizin azadlığa qovuşması, ümumi olaraq 300 kəndimizin işğalçılardan təmizlənməsi, düşmən üçün məğlubiyyətin gəlib çatdığının göstəricisi idi. Elə də oldu. Yalanlar uyduraraq özlərini güclü, yenilməz hesab edən ermənilərin, Azərbaycan qarşısında təslim olmasına indi bütün dünya şahidlik edir. 10 Noyabr tarixli bəyənat, Azərbaycan dövləti üçün həm tarixi, həm də iqtisadi cəhətdən önəm daşıyan bir sənəddir. Bu bəyanat vasitəsi ilə biz qalan ərazilərimizi də sülh yolu ilə, silahsız və qansız bir şəkildə geri aldıq. İqtisadi vəziyyəti getdikcə ağırlaşan, texnikası demək olar ki, çox aşağı səviyyədə olan erməni qüvvələrinin, təslim olmaqdan başqa çıxış yolu yox idi. Məğlubiyyəti qəbul edən Ermənistan, hal hazırda etiraz aksiyası keçirir, qəbul etdiyi məğlubiyyəti, hələki həzm edə bilmir.

Bizlər isə, Ali Baş Komandanımız, rəşadətli Ordumuz, igidlərimizin şücaəti nəticəsində, qalib olan tərəfik. Bu gün, ədalətin öz yerini tapdığı, neçə illik həsrətin bitdiyi gündür. Artıq Qarabağ, köksümüzdə bir yara yox, tariximizdə Şanlı bir qələbə olaraq qalacaqdır! İşğaldan azad edilmiş torpaqlarımızda yenidən həyat davam edəcək, insanlar yaşayacaq, təhsil alacaq. Həsrət bitdi Qarabağ! Biz qayıtdıq! Səni düşmən tapdağından, azad etdik! Yaşa, var ol Azərbaycan! Qələbə bizimdir!

Əlixanlı Fatimə

Nəsimi Rayon gənci, Azərbaycan Dillər Universitetinin tələbəsi

Sizin Reklam Yeriniz