Əlaqə Arxiv
news Image
2020.11.12
12:45
| A A A
Qarabağımız azaddır!

Azərbaycan! Mənim doğma vətənim! Sən mənə nə qədər əziz, nə qədər müqəddəssən. Mən səni öz canımdan da artıq sevirəm.

        Vətənə «Ana» deyirik. Bu kəlməyə hər kəs təkcə dilinin deyil, qəlbinin, hissiyyatının, idrakının, bir sözlə varlığının bütün şirinliyini qatır. Həyatda kimsə özünə yeni dost, yeni həmdəm tapa bilər. Ana isə hamı üçün təkdir, yeganədir və təkliyinə, yeganəliyinə görə də müqəddəsdir, ülvidir, Allahın özü kimi birdir, təkcədir. Ananı seçmirlər, onu dəyişmək də olmaz. Ana ülvidir, safdır, doğmaların doğmasıdır. «Ana» dediyimiz Vətən də belədir. Onu da nə dəyişmək olar, nə də yenisini axtarmaq... onu ancaq qorumaq, yolunda sipər olmaq gərəkdir. Çünki qorunmayan torpaqdan vətən olmaz.

        Biz vətənin övladları, vətən oğluyuq. Vətən bizə oğul deyirsə, biz də bir oğul kimi onun qədrini bilməli, onun azadlığı və suverenliyi uğrunda canımızdan belə keçməyi bacarmalıyıq.

       

        Hazırda vətənimiz Azərbaycan, öz sevincli günlərini yaşayır. Ana vətənimizin qəlbində ola Qarabağ dərdi artıq yoxdur. Artıq Qarabağ torpağımız düşmən tapdağı altında deyil. Noyabr ayının 10-u  bizim üçün qələbə günü hesab edilir. Çünki illərdir həsrətlə azad olunmasını gözlədiyimiz Qarabağımız bu gün tam azaddır. Bundan gözəl gün və sevinc hissi ola bilməz. 30 ilə yaxın üzü gülməyən xalqımız bugün sevincdən ağlayır. Artıq bütün Qarabağ sakinləri öz torpaqlarına şən-firavan qayıdacaq. Yerə-göyə sığmayan bu sevincimizə görə Vətən uğrunda şəhid olan oğullarımıza, canından belə keçməyə hazır olan əsgərlərimizə və güclü siyasətçi olan Ali Baş Komandanımıza minnətdarıq. Yaşasın Azərbaycan! Qarabağ bizim idi və yenidən bizim oldu. Qarabağ Azərbaycandır!

 

Hüseynli Elşən

Nəsimi rayon gənci, Azərbaycan Dillər Üniversitetinin tələbəsi

Sizin Reklam Yeriniz