Əlaqə Arxiv
news Image
2020.11.12
14:30
| A A A
Qələbə sevincli, qələbə ətirli Xarıbülbül!

Gözəl Şuşam tarix boyu nələrə dözmədin? Bu gün cox şükür ki azad oldun. Bu qələbəni bizə yaşadan Ulu Öndərin addım, addım ideyalarını həyata keçirən ağıllı dünyaya meydan oxuyan Cənab prezdentimiz İlham Əliyevə minnətdarıq.Əlbətdə onun yönəltdiyi Şanlı Ordumuza da. Şəhidlərimiz öz qanları ilə yazdı bu tarixi.

       Ulu Öndərimiz Şuşanı dağların qoynunda biten ağ çiçəyə bənzətmişdi. Ruhun şad olsun Ulu öndər . Ağ günlərin başlayır Şuşa!
Bir az tarixin ötən səhifələrinə nəzər salmaq istərdim. Şuşamızın gözəlliyi həmişə düşmənlərimizin nəzərində olmuşdur. Hələ 18-ci əsrin sonunda Şuşaya İran şahı Fətəli xan gələn zaman torpaqlarımız gözəl Şuşamız üçün Ağabəyim ağa öz xoşbəxtliyindən keçmişdir . O Ağabəyim aga ki, İbrahim Xəlil xanın şairə qızı idi. Vətənini Şuşasını cox sevirdi. Şuşada böyük sevdası həyatı vardı. Lakin o bunlardan keçdi .Bilirsizmi niyə barış üçün gözəl Qarabağ üçün. O, İran şahına ərə getməyə razılıq verdi .Bununla o şəxsi gəyatından kecdi.Amma əvəzində Şuşamızı xilas etdi .Ömrünün sonuna kimi veten ücün vetensiz yaşadı .Amma o ağıllı siyasəti sayəsində İran şahının yalnız sənəd üzərində arvadı oldu.
     Fətəli şah xan qızına ağlına görə cox böyük qiymət verirdi. Onun üçün İranda hətda xan qızının Şuşada olan bağı kimi bağ da saldırdı. Bütün güllər bitdi . Amma gözəllər gözəli Xarı bülbül bitmədi .Bu zaman Xan qızı demişdi. Vətən bağı əl əlvandı yox içində Xarıbülbül. Bu gün mən Xarı bülbülü bizə sevdirən xan qızını yad etməyə bilmirəm. Şuşa üçün gözəl həyatını böyük sevgisini qurban verən Agabeyim ağa, ruhun şad olsun Şuşamız öz doğmalarının əlindədi. İndi sənin gözəllər gözəli Xarıbülbülün gözəl Şuşamızda bitəcək Vətən bagın əl-əlvan olacaq. Onun ətri gözəl Şuşaya ordan da Azərbaycanımızın hər qarışına yayılacaq .Qələbə sevincli qələbə ətirli Xarıbülbül!

 

Fərzəliyeva Rəsmiyyə

Nəsimi rayon təhsil işçisi

Sizin Reklam Yeriniz