Əlaqə Arxiv
news Image
2020.11.12
17:45
| A A A
Qarabağımız-baş tacımız!

Vətən mənim tərcümeyi-halım, şanlı keçmişim, bu günüm, sabahım, əbədiyyətimdir. Bu ulu torpaq babalarımızın bugünkü nəsillərə müqəddəs əmanətidir, atalarımızın Vətən övladına candan əziz yadigarıdır. Bu torpağın hər qarışı yağı düşmənlərə qarşı ölüm-dirim çarpışmalarında şəhid düşmüş ata-babalarımızın qanından yoğrulmuşdur. Vətən hər bir kəs üçün müqəddəsdir, əzizdir. Bizim hər birimizin damarlarından axan qan ana vətənimizin südüdür, bizi boya-başa çatdıran onun nemətləridir.

        Dünyada nə qədər ölkələr, nə qədər məmləkətlər var! Hər xalqa da öz ölkəsi, öz vətəni əzizdir. Mənim də öz vətənim var və mən bütün qəlbimlə Odlar yurdu Azərbaycanıma bağlıyam, onunla nəfəs alıram, onunla yaşayıram. Candan artıq sevirəm ana torpağımı, ata yurdumu - Azərbaycanımı! Çünki mənim Vətənimin adi bir torpaq parçası, sadəcə bir ərazi deyil, yer üzünün ən qədim mədəniyyət ocaqlarından biridir. Yüz min illərlə hesablanır Azərbaycan torpağında ömür sürmüş ən qədim insanın - Azıx adamının yaşı. Dünyanın hər yerindən olan çox görkəmli alimlər uzun axtarışlardan sonra hamılıqla belə bir yekdil nəticəyə gəlmişlər ki, Azıx adamları «dönyanın ən qədim sakinləri»dirlər. Bu torpaq mənim Azərbaycanımdır.

     Azərbaycanın göz bəbəyi olan Qarabağımız 30 ilə yaxın idi ki, işğal altında idi. Lakin rəşadətli Ordumuz tərəfindən işğaldan azad olundu. Nəhayət ürəyimizin dərdi olan Qarabağ nisgili artıq sağalıb. Ürək yanğımız artıq öz məlhəmini tapıb. Vətən yolunda paltarları qana bulaşan şəhidlərimizin qanı yerdə qalmadı. Azərbaycan Respublikasının Ali Baş Komandanı öz güclü siyasəti nəticəsində Qarabağ həsrətimizə son qoydu. Cənab Prezidentimiz və Şanlı Ordumuz düşməni birdəfəlik susdurdu. Bütün dünyaya məlumdur ki,  Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir!

 

Cəlalzadə Süsənbər

Nəsimi rayon gənci

Sizin Reklam Yeriniz