Əlaqə Arxiv
news Image
2020.11.14
19:22
| A A A
İcra başçısı və polis rəisi reyddə iştirak etdi

Ağstafada yeni növ koronavirus infeksiyasının daha da geniş yayılmasının qarşısının alınması istiqamətində həyata keçirilən kompleks tədbirlər isə davam etdirilir.

Daxili İşlər Nazirliyinin Gəncə regional qrupundan verilən Mövqe.az-a verilən məlumata görə Ağstafa rayon İcra Hakimiyyətinin başçısı Seymur Orucov və Rayon Polis Şöbəsinin rəisi, polis polkovnik- leytenantı Vüqar Xəlilovun iştirakı ilə növbəti reyd baş tutub.

S.Orucov və V.Xəlilov rayonda fəaliyyət göstərən iri market və mağazalara baş çəkib, qeyd olunan məkanlarda karantin rejiminin tələblərinə hansı səviyyədə əməl edildiyi ilə yerində tanış olublar. Rayon rəhbərliyi apteklərdə kifayət qədər tibbi maska, spirt və əlcəklərin olub-olmaması ilə də maraqlanıb.

Reyd zamanı bank və ATM-lərin qarşısında dayanan vətəndaşlara növbə zamanı sosial məsafənin gözlənilməsinin vacibliyi bir daha xatırladılıb. İctimai nəqliyyat vasitələrinin sürücüləri və sərnişinlərlə də söhbət aparılıb və tibbi maskadan istifadənin zəruriliyi vurğulanıb.

Sizin Reklam Yeriniz