Əlaqə Arxiv
news Image
2020.11.14
14:50
| A A A
Biz özümüz tarixi-ədalət bərpa etdik

Qarabağ-bizim cənnət məkanımız. Bu günə qədər  28 illik bu həsrətin bitəcəyinə inandığımızı, zəfərin sonda bizim olacağını hər dəfə qürurla qeyd edirdik. Bu gün isə artıq fəxrlə deyirik ki, Qarabağ Azaddır. Biz özümüz tarixi-ədaləti bərpa etdik, haqqımız olanı şəhidlərimizin qanı bahasına geri aldıq, artıq bütün dünya Azərbaycan dövlətinin Ordusunun gücünə şahiddir. İllərdir bu güclü ordunun qurmaq, xalqına bu qələbə sevincini yaşatmaq üçün var gücü ilə çalışan Prezident İlham Əliyev sizə nə qədər təşəkkür etsək azdır,Azərbaycan xalqı sizinlə fəxr edir. Tarixə adını qızıl hərflərlə yazdıran, düşməni diz çökdürən, Ali Baş Komandan, tarix sizi unutmayacaq.

Azərbaycanın tam qələbəsi və Ermənistanın kapitulyasiyası ilə nəticələnən 44 günlük müharibə, bu dövr ərzində azad olun 300-ə yaxın kənd, 5 şəhər, 4 qəsəbə. Düşmən hər nə qədər öz biyabırçı məğlubiyyətini gizlətməyə çalışsa da sonda öz imzası ilə bizim qalibiyyətimizi təsdiq etmiş oldu. Azərbaycan ,Rusiya və Ermənistan rəhbərləri arasında imzalanan birgə bəyanat tamamilə Azərbaycanın maraqlarına uyğun hazırlanıb. Ən əsası isə Qarabağın heç bir xüsusi statusu yoxdur. Biz azad etdiyimiz ərazilərimizi əlimizdə saxlamaqla bərabər, əsgərlərimizin qanı tökülmədən Kəlbəcər,Laçın, Ağdamıda azad etdik. Bütün bunlar bu günə qədər bizim iradəmizi sındırmağa çalışaraq,bizi işğalla barışdırmaq istəyən həmsədr ölkələrin də qarşısında qazandığımız siyasi qələbəmizdir.

28 il öncə səhlənkarlıq üzündən əldən verilən torpaqlarımız artıq azaddır. Prezident İlham Əliyev deyirdi ki, biz Qarabağa qayıdacağıq və Azərbaycan xalqı ona inanırdı. İnamımızı doğruldan Ali Baş Komandanımıza minnətdarıq. Torpaqlarımız uğrunda canından keçən şəhidlərimizin qarşısında baş əyirik. Yaşasın Azərbaycan Ordusu! Yaşasın Ali Baş Komandan! Qarabağ Azərbaycandır!

Məmmədova Simranə

Nəsimi rayon gənci

Sizin Reklam Yeriniz