Bu ölkədə kütləvi Yeni il tədbirləri keçirilməyəcək
Latviyada koronavirus səbəbi ilə kütləvi Yeni il tədbirləri olmayacaq.
Axşam.az xəbər verir ki, bunu ökənin səhiyyə naziri İlze Vinkele bildirib.
Qeyd edək ki, Latviyada noyabrın 9-dan dekabrın 6-dək fövqəladə vəziyyət rejimi elan edilib. Ölkədə bütün ictimai tədbirlərin keçirilməsinə, əyləncə və istirahət əlaqədar xidmətlərin göstərilməsinə qadağa qoyulub. Eyni zamanda ictimai iaşə obyektləri və ticarət mərkəzləri fəaliyyətlətini dayandırıb.