Əlaqə Arxiv
news Image
2020.11.16
16:27
| A A A
“Döyüşüb” yorulan ermənilər məzuniyyət istəyir

Ermənistan Müdafiə Nazirliyi döyüşçülərin istirahət etməsi üçün şərait yaradılması ilə bağlı hərbi qulluqçuların valideynləri və ailə üzvlərinin çoxsaylı müraciətlərinə cavab olaraq bəyanat yayıb.

Axar.az xəbər verir ki, bəyanatda artıq döyüş əməliyyatlarının aparılmadığı bildirilib.

“Döyüş əməliyyatlarının olmaması hərbi hissələrin yerləşdiyi daimi yerlərdə şəxsi heyəti dislokasiya etməyə, habelə səhhətində problemləri olan hərbi qulluqçuların müəyyən edilmiş qaydada lazımi müalicəsini aparmağa imkan verir.

Müdafiə Nazirliyi əmin edir ki, vəziyyət tam sabitləşdikdən sonra hərbi əməliyyatlarda iştirak etmiş hərbçilərə məzuniyyət verilməsi üçün mümkün olan hər şey ediləcəkdir”, - bəyanatda bildirilib.

Sizin Reklam Yeriniz