Əlaqə Arxiv
news Image
2020.11.17
15:53
| A A A
“Skalpel” 5 rayonun əhalisini sevindirdi
“Skalpel” 5 rayonun əhalisini sevindirdi

 

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasınnın və Səhiyyə Nazirliyinin birgə qrant müsabiqəsində qalib olan “Skalpel” xəstələrə yardım ictimai birliyi tərəfindən “Saatlı, İsmayıllı, Göyçay, Şəmkir, Qazax regionlarında COVİD-19 koronavirusu pandemiyası ilə mübarizədə əhaliyə sosial-tibbi dəstəyin təşkili” layihəsi ugurla başa çatıb. Layihənin məqsədi COVİD -19 koronavirus pandemiyası ilə mübarizədə əhalinin həssas aztəminatlı ailələrinə ərzaq yardımı və tibbi-gigiyenik ləvazimatların çatdırılması ilə sosial-tibbi dəstək vermək olub. Layihə çərçivəsində 26 oktyabrdan 12 noyabr tarixinədək Şəmkir, Qazax, Göyçay, İsmayıllı və Saatlı rayonlarının hər birində 10 olmaqla 50 ehtiyaclı ailə  nümayəndəsinə ərzaq məhsulları və tibbi-gigiyenik ləvazimatlar paylanılıb. Sovqatlar rayon Mərkəzi Poçt Filialları vasitəsilə faydalananlara çatdırılıb.

 

Sizin Reklam Yeriniz