Əlaqə Arxiv
news Image
2020.11.18
09:45
| A A A
ÜST: Ötən həftə koronavirusa rekord sayda yoluxma qeydə alınıb

Ötən həftə ərzində dünyada yeni növ koronavirusa (COVİD-19) rekord sayda yoluxma halı qeydə alınıb.

Mövqe.az-ın Ümumidünya Səhiyyə Nazirliyinə istinadən verdiyi məlumata görə, noyabrın 8-dən 15-dək yeni koronavirus 3 977 223 nəfər yoluxub, 59 699 nəfər isə vəfat edib.

Məlumata əsasən, 1 840 085 yoluxma və 29 043 ölüm halı Avropa regionunda, 1,45 yoluxma və 19 ölüm halı Şimali və Cənubi Amerikada, 373 min yoluxma və 4,5 min ölüm halı isə Cənub-Şərqi Asiyada qeydə alınıb.

Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatının hesabatı yalnız rəsmi göstəricilər əsasında hazırlanır.

Sizin Reklam Yeriniz