Aşot Qulyan da istefaya getdi
Ermənistan parlamentinin spikerinin müşaviri Aşot Qulyan istefaya gedib.
Mövqe.az xəbər verir ki, Qulyan bu məlumatı öz Feysbuk səhifəsində paylaşıb. O, bir neçə gün əvvəl istefa ərizəsi təqdim etdiyini, amma spiker Ararat Mirzoyanın səhhəti ilə bağlı onu indi yayımladığını bildirib.
Qeyd edək ki, Aşot Qulyan Qarabağdandır. 2020-ci ildə o, Mirzoyana müşavir gətirilib.