Əlaqə Arxiv
news Image
2020.11.19
07:00
| A A A
Cənnət məkanımız Qarabağ azad olundu

27 sentyabrdan başlayan II Qarabağ müharibəsi Azərbaycan xalqının qələbəsi ilə sonlandırıldı. Bu dövrdə qələbə qazanağımızı Ali Baş Komandan İlham Əliyev xalqa söz vermişdi, ermənilərin məhv etdiyi tikililərin, tarixi abidələrin, muzeylərin, məscidlərin bərpa olunacağını, Qarabağ torpaqlarını dirçəldəcəyini xalqa vəd etdi. Və bu istiqamətdə  artıq ilk addımlar atıldı.
Müzəffər Ali Baş Komandan, qalib sərkərdə, Prezident İlham Əliyev və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva 10 noyabr Qələbəsindən cəmi 6 gün sonra işğaldan azad olunmuş yurd yerlərimizə -Cəbrayıla və Füzuliyə getdilər. Bu gediş adi gediş deyildi. Bu gediş tarixi gediş, tarixi qayıdış idi. 28 il öncə işğal olunmuş və bu ilin oktyabrında azad edilmiş Qarabağımıza gediş, qayıdış idi.
Bu qayıdış sayəsində  Füzuli-Şuşa  avtomobil yolunun təməli qoyuldu. Füzulidən Şuşaya çəkilən yeni avtomobil yolu gələn il istifadəyə veriləcək və yeni yolun eni 40 metr olacaq. Yolda gediş-gəlişli olmaq 4 əsas, 2 isə əlavə, ümumilikdə 6 hərəkət zolağının inşası nəzərdə tutulur. Biz bunlarla kifayətlənmirik!!! Biz o torpaqlarda  bir birindən gözəl memarlıq abidələri ucaldacağıq və onları qoruyacağıq!!!
Ali Baş Komandanın dediyi kimi, düşmən oğru, vicdansız bir düşməndir.  Bu baxımdan, bizim parlaq Qələbəmiz təkcə ölkəmizin ərazi bütövlüyünün bərpası deyil. Bu, şərlə xeyir qüvvələrinin mübarizəsidir. Şər qüvvələr məğlub olub, biz - Xeyir qüvvə qalib gəlmişik. Çünki biz qurub yaradanıq. 
Onlar bizim tariximizi, keçmişimizi və torpaqlarımızı oğurladı. Neçə-neçə günahsız insanların qatili oldular. Amma  Azərbaycan xalqının düzgün siyasəti, ordu və xalq birliyi  erməni xalqını yer üzündən silinəcək gücündədir amma biz bunu etmirik. Bəzən mən belə necə bir humanist ölkənin vətəndaşı olduğuma həsət aparıram. Bu gün mən fəxrlə deyirəm ki mən azad ölkənin vətəndaşıyam!!!

Hüseynova Zeynəb 
Nəsimi rayon gənci

Sizin Reklam Yeriniz