Əlaqə Arxiv
news Image
2020.11.19
09:18
| A A A
Qələbənin nidası

Dağlıq Qarabağ və onun ətrafında olan ərazilərin işğaldan azad olunması ilə bağlı bir neçə beynəlxalq hüquqi qərarların,qətnamələrin qəbul olunmasına baxmayaraq ərazilərimiz işğal altında idi. 27 sentyabr 2020 tarixindən Erməni Silahlı qüvvələrinin genişmiqyaslı təxribatı Azərbaycan Respublikası Prezidenti, Ali Baş Komandanın əmri ilə əks-hücum əməliyyatının başlanması qərarı alındı. Bu əməliyyatlar ərzində Azərbaycan xalqı hər zaman olduğu kimi Azərbaycan Respublikası Prezidenti, Ali Baş Komandanın ətrafında birlik nümayiş etdirdilər.

 44 gün davam edən müharibə ərzində Azərbaycan ordusunun işğal altında olan 5 şəhəri,  4qəsəbəsi, 240 kəndi və strateji əhəmiyyətli yüksəklikləri ələ keçirildi. Ali Baş Komandanımız və ordumuzun sürətli və güclü əməliyyatları Ermənistanı sülhə məcbur etdi. 10.11.2020 tarixində Ermənistanla atəşkəs müqaviləsi imzalandı. Ermənistan Azərbaycana digər işğal altındaa olan ərazilərin qaytarılması barədə qrafik təqdim etdi.

16.11.2020 tarixində isə Azərbaycan Respublikası Prezidenti, Ali Baş Komandanı və birinci xanım Mehriban Əliyeva ilə Füzuli və Cəbrayıl rayonlarına o cümlədən Füzuli və Cəbrayıl şəhərlərinə səfər etdi. Səfər zamanı Cənab Prezident Füzulidən Qarabağın mərkəzi olan Şuşa şəhərinə beynəlxalq statuslu yolun çəkilməsinin təməlqoyma mərasimində işitirak edib və yerli vətəndaşlarla görüşərək bu ərazilərdə yenidən həyatın qayıdacağına təminat verib. Bu səfər sıradan bir səfər deyildi. Bu səfər Azərbaycan Respublikası Prezidenti,Ali Baş Komandanının uğurlu siyasətinin və Azərbaycan Ordusunun qalibiyyətinin nümunəsi idi.

Eyni zamanda qələbəmizə şübhə ilə yanaşanlar üçün bir daha qələbəzmizi rəsmiləşdirdi və bir daha Qarabağın Azərbaycana aid olduğunu və özü də qeyd etdiyi kimi hər zaman Azərbaycan xalqının yanında olduğunu sübut etdi. Bu səfər Qalib lider və ordununun, Qalib xalqın zəfəridir!

Abdullayeva Jalə

Nəsimi rayon gənci

Sizin Reklam Yeriniz