Əlaqə Arxiv
news Image
2020.11.19
10:22
| A A A
İşğaldan azad olunmuş kəndlərə kiçik səyahət

Ali Baş Komandan işğaldan azad etdiyimiz Füzuli şəhərinə cari ilin 16 noyabr tarixində səfər edib.Səfər zamanı xalq Prezidentimizi böyük ehtiram və qürurla qarşılayıb. Nəzərinizə çatdırım ki, Prezidentimizin bu səfəri qələbədən sonra bölgələrə etdiyi ilk səfərdir. Bu görüşdən sonra xalq da, Prezident də bir daha bu düşüncəyə gəlib ki, ”Xalq Prezidentin,Prezident də həmişə xalqın yanındadı”.

 Çünki müharibə nəticəsində bizə bu qələbəni, sevinci yaşadan Prezidentdirsə, Prezidentimizə də daim bacardığı qədər dəstək olan və bitib tükənməyən məhəbbət, qürur hissi aşılayan bizim xalqımız olub.Xalq Ali Baş Komandanımızla birgə dəmir yumruq kimi birləşib. Cənab İlham Əliyevin nə qədər cəsarətli olması bütün təhlükələrə baxmadan Füzuli və Cəbrayıl şəhərlərinə etdiyi səfərlərdən məlumdur.

Bundan əlavə, Prezidentimiz qazilər ilə görüşdə “Mən hər zaman sizin yanınızda olacağam” xalqa müraciətində “Mən hər bir Azərbaycan vətəndaşının Prezidentiyəm” eyni zamanda “Hər bir hərbçinin Ali Baş Komandanıyam" deməsi ilə bir daha hər zaman xalqın yanında olduğunu bildirdi. Bildiyimiz üzrə Xudafərin körpüsünün işğaldan azad olunması bütün Azərbaycanlıların sevincinə səbəb olmuşdu. Prezidentimizin 16 noyabr səfərində Xudafərin körpüsünə baş çəkməyi simvolik məna daşıyır.

Prezidentimizin ölkənin birinci xanımı ilə olan bu səfəri qələbəni rəsmiləşdirməsi mənasına gəlir. O ki qaldı, iflas vəziyyətində olan Erməni siyasətinə, Nikol Paşinyan halhazırda ən yaxın silahdaşları tərəfindən tərk edilib. Məğlubiyyətlə üzləşən, yaxın adamlarını müharibədə itirmiş kütlələr isə onun ofisini dağıdır və Paşinyanı devirməyə hazırdırlar.

Bağırova Təhminə 

Nəsimi Rayon gənci

Sizin Reklam Yeriniz