Əlaqə Arxiv
news Image
2020.11.19
09:10
| A A A
Qəhraman oğullar hər yeni günə yeni bir tarix yazırlar.... 8 noyabr.... yeni bir gün, yeni bir zəfər tarixi...

Bu zəfər tarixi ki,  bütün dünya xalqlarının yaddaşlarında həkk olunacaq, dillərə dastan olacaqdır.... Bəli bu Şuşanın azad olunması uğrunda qazanılmış bir zəfərdir.... Bu zəfər xəbəri uşaqdan-böyüyə hər bir Azərbaycanlının qəlbini fəth edən bir xəbər oldu. Biz bu sevinci ali baş komandanımıza və öz isti, doğma evindən ayrılıb Qarabağın soyuq qayalarına tutulan igidlərimizə, şəhidlərimizə borcluyuq.

Tək Şuşa şəhərinin azad olunmasında yox, digər şəhər və rayonlarda gedən döyüşlərdə Azərbaycan ordusunun cəmi bir neçə gündə həyata keçirdiyi uğurlu əks-hücum nəticəsində düşmənin çoxlu sayda canlı qüvvəsinin və zirehli texnikasının məhv edilməsi xalqımız tərəfindən böyük coşqu ilə qarşılandı. Bir daha təsdiqləndi ki, ötən illər hədər getməyib. Azərbaycanda təməli ulu öndər Heydər Əliyev tərəfindən yaradılan müasir ordu quruculuğu sahəsində görülən işlər səmərəsini verdi.

Ali Baş Komandan İlham Əliyev ordu quruculuğundan danışarkən qeyd edir ki, ordu quruculuğu prosesi, təbii ki, təkcə maddi-texniki təminatla məhdudlaşmır. "Döyüş qabiliyyəti, əsgər-zabit heyətinin mənəvi-psixoloji durumu mühüm yer tutur. Mən tam əminliklə deyə bilərəm ki, bu baxımdan Azərbaycan Ordusu güclü ordular sırasındadır".

Ordu quruculuğu sahəsində nailiyyətlər qazanan Azərbaycanın uğurlarından ehtiyatlanan ermənipərəst qüvvələrin narahatlığının heç bir əsası olmadığını "Müdafiə məsələlərini həll etmək Azərbaycanın suveren hüququdur" sözləri ilə bildirən Ali Baş Komandan İlham Əliyevin tez-tez cəbhə bölgəsində olması zabit və əsgərlərimizin döyüş əhval-ruhiyyəsini artırmaqla xalq-ordu birliyini daha da möhkəmləndirir.

Bax, elə buna görə də belə bir orduya sahib olan dövlətimizin başçısı uzun illər ən yüksək tribunalardan daim bildirib ki, əgər münaqişənin həllində sülh danı­şıqları səmərə verməzsə, işğal altındakı torpaqlarımız hərbi yolla azad ediləcək.

Son dərəcə yüksək dəqiqliklə hədəfi vuran və qarşısıalınmaz zərbə gücünə malik silahlar, düşmənin ağır texnikasını və canlı qüvvəsini darmadağın edən pilotsuz uçuş aparatları ilə ordumu­zun tamamilə modernləşdirilməsi Azərbaycanda ordu quruculu­ğu istiqamətində görülən ciddi tədbirlərin kiçik bir hissəsidir. Məhz elə buna görə də Azərbaycan Si­lahlı Qüvvələrinin hazırda dünyanın ən güclü 50 ordusundan biri olması da bunun bariz ifadəsidir.

 

Hüseynova Nuranə

Nəsimi rayon gənci

Sizin Reklam Yeriniz