Əlaqə Arxiv
news Image
2020.11.19
17:23
| A A A
Dünənimiz, bugünümüz

İllər boyu ürəyimizdə yara salan, unudulmaz dərdimiz olan Qarabağ artıq bizim üçün qələbə  ifadə edir. Neçə illərdir ümidlə gözlədiyimiz bu qələbə, həsrətində olduğumuz bu torpaqlar inanmaq çox güc tələb etsə də, artıq rəsmi olaraq bizimdir. Didindik, bizə aid olan torpaqlarımızı tələb etdik, neçə-neçə igid şəhid verdik, səsimiz çatdığı qədər dünyaya car çəkdik  və nəhayət bütün dünyaya sübut etdik ki, Qarabağ bizimdir, Qarabağ Azərbaycandır.

Ədalət gec-tez öz yerini tapdı və şəhidlərimizin qanı yerdə qalmadı.

          Faşist, qaniçən ermənilər bizi Qarabağımızdan, öz torpağımızdan zorla ayrı saldılar.Yaşlı, qadın demədən uşaqlara belə rəhm etməyərək hər kəsi vəhşicəsinə qətlə yetirdilər. Bu faciə insanoğluna xas hərəkət deyildi, onlar tamamilə caniləşmiş, insanlıqdan çıxmış şəkildə davranırdılar.

          Bizi öz doğma yurd-yuvamızdan zorla ayırsalar da, haqq öz yerini tapdı, həsrət sonlandı və Qarabağımıza qovuşduq! Biz-Azərbaycan xalqı olaraq Qarabağa yenidən həyatı qaytaracağıq və orada yenidən şanlı Azərbaycan bayrağı dalğalanacaq, Azərbaycan himni səslənəcəkdir. Tezliklə bütün işğaldan azad edilmiş torpaqlarımızda yenidən bütün inzibati, ictimai binalar, məktəblər, tibb ocaqları bərpa ediləcək. Ali Baş Komandanın əmri ilə bütün infrastruktur yaradılacaq, həmçinin küçələr, parklar, xiyabanlar salınacaq və torpaqlarımızın hər qarışı tamamilə abadlaşdırılacaqdır.

           Biz əsgərlərimizin qanı-canı bahasına bu qələbəni qazandıq. Qazandığımız bu qələbə isə bir daha bütün dünyaya sübut etdi ki, Azərbaycan müzəffər, qəhrəman orduya sahibdir. Bütün dünya Azərbaycanın bu şanlı qələbəsinin şahidi oldu. Qazandığımız uğur nəticəsində isə Füzuli, Hadrut, Cəbrayıl, Zəngilan, Qubadlı, Şuşa və Şuşadan bir gün sonra 70-dən çox kənd azad edildi, bütövlükdə isə 300-dən çox yaşayış məntəqəsi geri alındı. 44 gün ərzində müntəzəm sürətdə müxtəlif mənbələrdən, müxtəlif ünvanlardan yüksək təzyiqlər, təhdidlərin olmasına rəğmən Azərbaycan bu qələbəni qazandı, zəfər çaldı.

Hal-hazırda da Azərbaycan xalqı, eləcə də dünyanın müxtəlif yerlərində yaşayan soydaşlarımız bu qələbəni böyük qürur hissi ilə qeyd edir, fərəhlənirlər. 10 noyabr Azərbaycan xalqının yeni qələbə günü kimi tarixə yazıldı.

          Biz bu tarixi ədaləti gücümüzün,igidlərimizin və şəhidlərimizin hesabına bərpa etdik. Nəticəsində Dövlət başçımızın bayrağımızı tarixi Xüdafərin körpüsündə qaldırması Azərbaycan xalqı üçün əvəzedilməz qürur və fəxarətdir. Xalqımızın mənəviyyatında,tarixində dərin iz buraxan Xüdafərin bizlər üçün milli qürur məsələsidir.

 

Arzu Alyarova

Nəsimi rayon gənci

 

Sizin Reklam Yeriniz