Əlaqə Arxiv
news Image
2020.11.19
19:55
| A A A
Güc və həmrəylik rəmzi olan dəmir yumruq

Biz münaqişənin sülh yolu ilə həllini uzun illər gözlədik. Bütün hallarda sülhün tərəfdarı olduğumuzu göstərdik. Bu gün bir daha qeyd edirik ki, münaqişənin diplomatik həll yoluna, beynəlxalq hüquq normalarına üstünlük veririk. Lakin mövzu artıq Vətənimiz, torpağımız, ərazi bütövlüyümüzdürsə və qarşı tərəf təcavüzkar siyasətindən heç bir vəchlə əl çəkmirsə, o zaman söz artıq Ali Baş Komandanın rəhbərliyi ilə döyüş meydanında uğur qazanan Azərbaycan Ordusunundur.

        Demək olar ki, Vətən müharibəsi başlayandan qələbə gününə qədər hər gün yeni ərazilərimizin işğaldan azad edilməsi xəbərini eşidirdik. Bu qələbələrdə xalqımızın rolu da danılmazdır. Mənfur düşmən döyüş meydanında qalib gələ bilmədiyi üçün dinc sakinlərimizə roket zərbəri endirməyə cəhd göstərirdi. Bütün bunlara baxmayaraq insanlar  öz evlərinin dağılmasından, təsərrüfatlarının məhv olmasından narahat deyildilər. Xalqın dəstəyi dövlətin tükənməz

gücünün mənbəyidir. Hamını birləşdirən Vətən müharibəsi milli birliyin səbəbidir.

Xalqımız ona görə rahatdır ki, dövlətin onların arxasında olmasından, daha yaxşı evlərlə təmin ediləcəklərindən, rifah hallarının yaxşılaşdırılması üçün bütün zəruri tədbirlərin görüləcəyindən əmindir.

        Qələbədən sonra bölgələrə ilk səfərini edən Prezident əslində sevinc hisslərini öz xalqıyla bölüşmüş oldu. Hər zaman xalqın dəstəyinə arxalanan Prezident xalqın

məhəbbətinə layiq görülüb. Xalqın rəğbəti, məhəbbəti və dəstəyini qazanmaq hər bir ölkə başçısı üçün ən böyük mükafatdır.  

         Prezidentimiz Cənab İlham Əliyevin yürütdüyü güclü xarici siyasətin nümunəsidir ki, ölkəmizi bu çətin günlərdə bir çox xarici dövlətlər dəstəkləyərək dövlətimizin ərazi bütövlüyünü tanıdıqlarını bildirirlər, Ermənistan silahlı qüvvələrinin atəşkəs rejimini pozmasını, dinc əhalimizin məskunlaşdığı əraziləri atəşə tutmasını qınadıqlarını, Azərbaycan Ordusunun düşmənə qarşı əks hücumlarını qətiyyətlə dəstəklədiklərini, xalqımızın haqq işi uğrunda mübarizəsinə həmrəy olduqlarını ifadə edirlər.

        Əldə olunmuş uğurlar, işğaldan azad edilən ərazilərimiz, Ordumuzun şücaəti və göstərdiyi qəhrəmanlıqlar, xalqımızda Ali Baş Komandana və Ordumuza olan inam bir daha onu deməyə əsas verir ki, artıq zəfər bizimdir! Bütün xalqımız böyük Qələbəni qeyd edir! Şanlı Ordumuz bizi  öz qalibiyyət xəbərləri ilə sevindirdi.

 

Nəsimi rayon gənci

Günel Bağırova

Sizin Reklam Yeriniz