Əlaqə Arxiv
news Image
2020.11.19
14:39
| A A A
Peyvənd nə vaxt hazır olacaq? - TƏBİB

Bir müddətdir ki, ayrı-ayrı regionlarda lokal sərtləşmələr tətbiq edirdik. Lakin bu istədiyimiz nəticəni vermir.

Mövqe.az xəbər verir ki, bunu TƏBİB-in Xəstəliklərin profilaktikası və kontrolu departamentnin müdiri Yaqut Qarayeva Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən brifinqində deyib.

“Bunun əsas səbəbi vətəndaşların kütləvi toplaşması və maskadan istifadə etməməsidir. Belə məkanlarda gənclərlə yanaşı, yaşlı insanların da iştirakı xəstələrin sayının artmasına səbəb olur. Kütləvi toplaşmaq olmaz. Bu gün ciddi şəkildə ailədaxili yoluxmalar artıb. Gənclər ev şəraitində müalicə olunurlarsa, yaşlılar hətta intensiv terapiya şöbəsinə yerləşdirilirlər. Bu gün hazır olan və tətbiqinə balana biləcək peyvənd yoxdur. Peyvənd gələn ilin aprel ayına gözlənilir. Biz bu qışı əks epidemik tədbirlərə riayət edərək keçirməliyik”, - Y.Qarayeva bildirib.

Sizin Reklam Yeriniz