Əlaqə Arxiv
news Image
2020.11.20
09:16
| A A A
Tolerant xalqımızın sürətli qələbəsi

Azərbaycanın malik olduğu multikonfessional və mültikultural dəyərlər Qarabağın azadlığı və inkişafı istiqamətində hansı rolu oynayır… Qiymət Məhərrəmli:"44 günlük Vətən Müharibəsi dövüründə ölkəmizdə fəaliyyət göstərən bütün dini konfensiyaların rəhbərlərinin Azərbaycan Prezidentinə müraciətlər ünvanlaması, Ali Baş Komandana və ordumuza haqq savaşında dəstək verməsi faktı da onu göstərdi ki…".

"Qarabağın işğaldan azad edilməsi ölkəmizdə yaşayan bütün xalqların, dinlərin nümayəndələrinin ən böyük arzusu olub". Azərbaycan tarixən multikultural və tolerant bir ölkə kimi tanınıb. Çoxmədəniyyətli, çoxkonfensiyalı cəmiyyətə sahib olan ölkəmizdə müxtəlif xalqların mədəniyyətləri, etoqrafik görüşləri mövcuddur və burada yaşayan hər bir xalq öz adət-ənənəsini, mənsub olduğu dini inancı yaşadır, təbliğ edir. Azərbaycan ksenofobiyanın olmadığı nadir ölkələrdən biri kimi beynəlxalq aləm tərəfindən qəbul edilir. Burada tarixən yaşayan, eləcə də tarixin müxtəlif dövlərində ölkəmizin ərazisinə köçüb gələn xalqlara, etnik qruplara, din mənsublarına qarşı hər hansı bir ayrı-seçkilik halları mövcud deyil. Bu xalqlar da, etnik qruplar da Azərbaycanı öz doğma vətənləri kimi sevir, dövlətimizin qanunlarına riayət edir, müqəddəs bayrağına sevgi bəsləyir. Biz Qarabağın və onun ətrafının azadlığı uğurunda ordumuzun apardığı haqq ədalət müharibəsində ölkəmizdə yaşayan bütün xalqların, dinlərin təmsilçilərini ordumuzla, dövlətimizlə həmrəy gördük, onların hər birinin övladları Vətən Müharibəsində könüllü iştirak etdilər. Bütün bu faktorlar Azərbaycan multikonfessional və mültikultural özəlliyinin bariz nümunəsidir. Azərbaycanın malik olduğu multikonfess ional və mültikultural dəyərlər Qarabağın azadlığı və inkişafı istiqamətində hansı rolu oynayır? Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Folklor İnstitutunun əməkdaşı, filologiya üzrə fəlsəfə doktoru, tanınmış tədiqatçı alim Qiymət Məhərrəmli bizimlə söhbətində bildirdi ki, Azərbaycanın zəngin multikultiral keçmişi var və bu ənənənin bu gün də davam etdirilməsinə bütün dünya şahidlik edir. Qarabağın işğaldan azad edilməsinin ölkəmizdə yaşayan bütün xalqların, eləcə də onların xaricdə yaşayan nümayəndələrinin, dünya azərbaycanlılarının ən böyük arzusu olub və hər bir vətəndaşımız bu yolda mücadilə verib. "Azərbaycan Cənubi Qafaqzda lider ölkə olmaqla yanaşı dünyada da nüfuzlu, sayılıb seçilən ölkələr sırasında xüsusi yeri var. Azərbaycanın çoxmədəniyyətli, çoxkonfensiyalı bir ölkə olması, burada yaşayan xalqlara, etnik qruplara qarşı heç bir ayrı-seçkilik olmadığını dünya yaxşı görür. Qarabağın işğaldan azad edilməsi ölkəmizdə yaşayan bütün xalqların, dinlərin nümayəndələrinin ən böyük arzusu olub. Onların hər biri öz övladını tərəddüd belə etmədən Vətənin ərazibütövlüyünün müdafiəsi uğurunda cəbhəyə göndərib. Azərbaycan bizim hamımızın vətənidir. Ona görə də heç kəs vətənin müdafiəsindən bir addım da olsa geri çəkilməyib. 44 günlük Vətən Müharibəsi dövüründə ölkəmizdə fəaliyyət göstərən bütün dini konfensiyaların rəhbərlərinin Azərbaycan Prezidentinə müraciətlər ünvanlaması, Ali Baş Komandana və ordumuza haqq savaşında dəstək verməsi faktı da onu göstərdi ki, Qarabağın düşmən tapdağından azad edilməsi istiqamətində bütün xalqlar həmrəydir və yumruq kimi birləşiblər. Onu da qeyd edim ki, düşmənlə informasiya savaşında da bütün xalqlar mübarizə apardı. Bu da ondan irəli gəlir ki, biz Qarabağın azadlığı uğurunda dövlətimiz, Prezidentimizin apardığı siyasət ətrafında birləşməyi, həmrəy ola bildik". Q.Məhərrəmli hesab edir ki, Qarabağ və ətraf rayonların işğaldan azad edilməsi faktı çoxkonfensiyalı, çoxmədəniyyətli Azərbaycan dövlətinin qələbəsidir. Qarabağda və ətraf rayonlarda həm islam, həm də xristanlıq mədəniyyətinin irsinin olduğunu vurğulayan ekspertin sözlərinə görə, bundan sonra bütün vətəndaşlarımız erməni təcavüzündən azad olan bu irsin bərpası və təbliği ilə bağlı aparılan işlərə yaxından dəstək göstərəklər:"Bizim tarixi irsimiz erməni vandalları tərəfindən dağıdılıb, məhv edilib, oğurlanıb. Qarabağda, Kəlbəcərdə və digər ərazilərimizdə kifayət qədər xristian dini abidələri də var. Onlar xristian - Albaniyasından yadigar qalan irsdir, o irs demək olar ki, Ermənistan dağıdıb, məhv edib. Biz indi o irsi geri qaytarib birlikdə bərpa etməliyik".

Aytəkin KƏRİMLİ

Sizin Reklam Yeriniz