Əlaqə Arxiv
news Image
2020.11.21
14:00
| A A A
Masallıda “YAP Qələbələr partiyasıdır” mövzusunda onlayn konfrans
Yeni Azərbaycan Partiyası Masallı rayon təşkilatı partiyanın yaranmasının 28 illiyi ilə əlaqədar “Yeni Azərbaycan Partiyası Qələbələr partiyasıdır” mövzusunda onlayn konfrans keçirmişdir.

İlk öncə Yeni Azərbaycan Partiyasının qurucusu və memarı Ulu Öndər Heydər Əliyevin abidəsi önünə tər gül dəstələri düzülərək, əziz xatirəsi ehtiramla yad edilmişdir.
Sonra konfrans iştirakçıları Azərbaycan Respublikasının Prezidenti Ali Baş komandan İlham Əliyevin xalqa müraciətini izlədilər.
Onlayn konfransı giriş sözü ilə Yeni Azərbaycan Partiyası Masallı rayon təşkilatının sədri Seyfəddin Əliyev acmış, Yeni Azərbaycan Partiyasının qurucusu və memarı Ulu öndər Heydər Əliyevin və şəhidlərin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edilmişdir.
Yeni Azərbaycan Partiyası Masallı rayon təşkilatının sədri Seyfəddin Əliyev öncə 20 noyabr tarixinin Ağdamın, o cümlədən ölkəmizin tarixinə qızıl hərflərlə yazıldığını bildirib: "Sentyabrın 27-də işğalçı Ermənistanın növbəti hərbi təxribatına cavab olaraq cənab Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ordumuzun apardığı 44 günlük Vətən müharibəsi qələbəmizlə başa çatdı və imzalanan üçtərəfli bəyanata uyğun olaraq işğalçı ölkə əsgərləri noyabrın 20-də tamamilə Ağdamdan çəkildilər. Mən bu qələbə münasibətilə başda cənab Prezidentimiz İlham Əliyev olmaqla Azərbaycan xalqını, o cümlədən masallıları təbrik edirəm".  Çıxışına davam edən rayon təşkilatının sədri daha sonra partiyanın fəaliyyəti barədə ətraflı məlumat verib.
Konfransda Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, Masallı rayon İcra Hakimiyyətinin Başçısı Şahin Məmmədov çıxış edərək bu əlamətdar gün münasibəti ilə konfrans iştirtakçılarını təbrik etmiş və Yeni Azərbaycan Partiyasının çətin şəraitdə yaradıldığını diqqətə çatdırmışdır: "Bu, həmin ərəfə idi ki, Azərbaycanda xaos hökm sürürdü, dövlət büdcəsi talan olunmuşdu, ölkədə hər addımbaşı cinayətlər törədilirdi. Müstəqil respublika elan olunsaq da, ancaq bu müstəqilliyi qoruyub-saxlamaq qeyri-mümkün bir hala çevrilmişdi. Azərbaycan xalqının çıxılmaz durumda olmasına baxmayaraq, o vaxt iqtidarda olanlar ancaq öz şəxsi niyyətlərinə, şəxsi arzularına xidmət edirdilər. Cəmiyyət ümumxalq inamına malik olan və ilk növbədə, milli birliyə, vətəndaş həmrəyliyinə əsaslanaraq ölkəni böhrandan xilas etməyə qadir olan yeni siyasi qüvvəyə ehtiyac duyurdu. Bu səbəbdən də Ulu Öndər Heydər Əliyevin rəhbərliyi altında yeni siyasi partiya yaratmaq istəyi ilə 1992-ci ilin oktyabrında ziyalılar "Səs" qəzeti vasitəsilə Ona müraciət ünvanladılar. 21 noyabr 1992-ci ildə Naxçıvanda Yeni Azərbaycan Partiyasının təsis konfransı keçirildi və Ulu Öndər Heydər Əliyev partiyanın Sədri seçildi”.
Çıxaşını davam etdirən Şahin Məmmədov diqqəti ölkəmizin əldə etdiyi uğurlara qazanılan nailiyyətlərə və qələbələrə çəkərək bildirib ki,  Prezident İlham Əliyevin son 17 ildə həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası torpaqlarımızın işğaldan azad olmasının ən başlıca səbəbidir: “Azərbaycan xalqı bundan sonra da öz liderinə böyük etimad göstərəcək, bir yumruq kimi dövlətimizin başçısının ətrafında sıx birləşəcək. Gələcək nəsillər 2020-ci ilin Zəfər tarixini qürurla öyrənəcəklər. Qarabağ bizimdir! Qarabağ Azərbaycandır!”.
Sonda Şahin Məmmədov qeyd etmişdir: “Rayonumuzda koronavirus infeksiyasının yayılmasının qarşısının alınması ilə bağlı görülən tədbirlər çərçivəsində vətəndaşlar arasında maarifləndirmə işinin aparılması məqsədi ilə yaradılmış mobil qrupların fəaliyyəti davam etdirilməkdədir. Hər birimiz sosial məsuliyyətə əməl etməklə yanaşı digər insanlara da bunu təşviq etməli, insanları sosial məsuliyyətli olmağa çağırmalıyıq. Bu işləri görmək bizim vətəndaş kimi vəzifələrimizdən biridir.”
Konfransda həmçinin Yeni Azərbaycan Partiyası Masallı rayon təşkilatının Şura üzvləri Əfrail Fərziyev və Seymur Nuriyev, Heydər Əliyev Mərkəzi ərazi ilk partiya təşkilatının sədri Dilbər İbayeva və başqaları  çıxış edərək bildiriblər ki, çox zəngin, siyasi mübarizələrlə dolu şanlı tarixi olan YAP 28 illik fəaliyyəti dövründə müstəqil Azərbaycanın inkişafında son dərəcə mühüm rol oynayıb, dövlətçiliyimizin, dövlət müstəqilliyimizin qarantı olub.

ƏLİHÜSEYN ŞÜKÜROV
Sizin Reklam Yeriniz