Əlaqə Arxiv
news Image
2020.11.23
15:00
| A A A
Ermənistanın müdafiə nazirinin müavini də getdi

Ermənistanın müdafiə nazirinin müavini Qabriel Balayan işdən çıxarılıb.

Mövqe.az xəbər verir ki, bu barədə Ermənistan parlamentinin Müdafiə komissiyasının rəhbəri Andranik Köçəryan İrəvanda etirazçılarla görüşü zamanı deyib.

Nümayişçilərdən biri Köçəryana Balayanın hansı səbəbdən onların yanına gəlmədiyini soruşub.

Köçəryan isə ona "Balayan vəzifəsindən çıxarılıb" cavabını verib.

Qeyd edək ki, Qarabağ münaqişəsilə bağlı imzalanan üçtərəfli Bəyanatdan sonra İrəvanda silsilə kütləvi aksiyalar keçirilir.

Sizin Reklam Yeriniz