Əlaqə Arxiv
news Image
2020.11.23
20:50
| A A A
Ağdamın bəxti açıldı, Qarabağın könlü

27 illik həsrət başa çatdı. Azərbaycana ecazkar muğam sənəti bəxş etmiş Ağdam erməni işğalından azad olundu. Bu noyabrın 10-da imzalanan üçtərəfli bəyanat əsasında baş tutdu. Qarabağın giriş qapısı sayılan Ağdam rayonu dağıdılmış xarabalığa çevrilmiş bir sözlə viran edilmiş bir vəziyyətdə qaytarıldı. O yerləri gördükcə mənim ağlıma yalnız bir fikir gəldi. Ermənilər əxlaqsız, erməmilər fəlakətdir. Ermənilər mənəviyyatsızdır. Erməmilər yer üzündə hər bir canlını məhv edən bir canidirlər.Aldığımız sadəcə quru torpaqdır. Bütün bu olanlar bizi qırmadı, düzdü bizi çox əzdi. Ancaq əyilmədik, yenilmədik.
      Çünki o torpaqlarımızın qaytarılması Azərbaycanın qələbəsi yəni Ali Baş komandanımızın şanlı ordumuzun 27 ildəm sonra o torpaqlarda üç rəngli bayrağımızın ucalmasının qələbəsidir. Ağdam rayonunun erməni işğalından azad olunması tarixi hadisədir. Bu sözləri möhtərəm prezidentimiz Ilham Əliyev öz çıxışında qeyd etdi.
O bu münasibətlə bütün azərbaycan xalqına göz aydınlığı verərək bildirdiki biz tarix yazırıq, yeni bir tarix. Xalqımızın ölkəmizin yeni şanlı tarixi. Bu zəfər tarixidir. Əzizlərim siz artıq köçkün deyilsiniz. Siz öz dədə-baba yurdunuzun sahibi varislərisiniz. Sizin rayon işğal edilmiş rayonlar içərisində əhalisinin sayına görə ən böyük rayondur.
      27 illik bu işğal rayona 13 milyard, 135 milyon ABŞ dollar ziyan vurub. Ağdam ərazisində qədim tarixə malik olan çoxlu sayda memarlıq abidələrimiz vardı. Onlar Ağdamda olan mədəni abidələrimizlə birlikdə evləridə məhv ediblər. Şəhərin mərkəzində yerləşən memarlıq abidəsi sayılan qoşa minarələr vəhşicəsinə dağıdılaraq tanınmaz hala salınmışdır.
     Bu vəhşilik Avropa konvensiyasının pozulması deməkdir. Məhv olunan hər yer üçün cavabdeh olanlar cəzalandırılmalıdır. Bunun üçündə biz vətəndaş həmrəyliyi göstərməliyik. Bu vəhşiliyi dünyaya çatdırmalıyıq. Ağdam yenidən zəngin musiqi mədəniyyətimizin beşiyi olacaq. Bu yerlərin yenidən abad olunması üçün bütün qüvvələrimizi səfərbər edəcəyik. Prezidentimizin dediyi kimi bu gündən Ağdam üçün yeni dövr başlayır. Ağdam bizimdir. Qarabağ Azərbaycandır.

Hacıyeva Gülnarə. 
Nəsimi rayonu

Sizin Reklam Yeriniz