Əlaqə Arxiv
news Image
2020.11.24
09:49
| A A A
Deputat seçiciləri ilə videoqəbul keçirib

Milli Məclisin 120 saylı Cəbrayıl Qubadlı seçki dairəsi üzrə deputatı Ceyhun Məmmədov Şabran rayonu Qarabağlı qəsəbəsində  yaşayan Cəbrayıldan olan məcburi köçkünlərlə videoqəbul keçirib, onları Cəbrayıl rayonunun işğaldan azad olunması münasibətilə təbrik edib. Qısa müddət ərzində öz doğma torpaqlarına dönəcəklərini, orada yenidən həyatın əvvəlki vəziyyətə qayıdacağını, dövlətin Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə bütün lazimi tədbirləri həyata keçirəcəyini onların nəzərinə çatdırıb. 
Cəbrayıl rayon İcra Hakimiyyətinin Şabran rayonundakı  Qarabağlı qəsəbəsi üzrə Qaçqınlar və Məcburi köçkünlər üzrə nümayəndəsi Əmirəddin Mirzəyev qısa məlumat verərək Şabran rayonunda Cəbrayıl rayonundan 38 ailə, 153 nəfərin məskunlaaşdığını bildirib. 
Daha sonra vətəndaşların müraciətləri dinlənilib. Onlar da öz növbələrində rayonun işğaldan azad olunması münasibətilə Millət vəkilinə təbriklərini çatdırıb və öz problemləri haqda məlumat veriblər. Qaldırılan məsələlər əsasən sosial yönümlü, şəxsi məişət xarakterli olub. Ceyhun Məmmədov hər bir müraciətin araşdırılaraq həlli üçün aidiyyəti qurumlara yönlədiriləcəyini bildirib.   

 

Sizin Reklam Yeriniz