Əlaqə Arxiv
news Image
2020.11.24
20:33
| A A A
Ağdam itkisiz, qansız aldığımız şəhərdir

Noyabrın 10-da imzalanmış üçtərəfli Bəyənat xalqımız üçün uğurlu oldu. Bu Bəyanat Azərbaycanın Qələbəsidir. Xalqımızın sevincidir. Torpaqlarımızın qayıdışıdır. Bayrağımızın işğal altında qalan torpaqlarımızda ucalmasıdır.

Ali Baş Komandan Ağdam rayonunu hərbi əməliyyat keçirmədən, siyasi yolla işğaldan azad etdi. Bu yaşanan illər, anlar hər birimizin yaddaşında əbədi qalacaq. Çünki bu tarixi hadisədir.

Ağdamın qaytarıldığı gün cənab prezident İlham Əliyevin söylədiyi nitq hər zaman qəlblərdə yaşayacaq və hər Ağdamlı üçün ən dəyərli kəlamı kimi nəsillərdən nəsilə ötürüləcək. “Əziz ağdamlılar, siz artıq köçkün deyilsiz. Siz doğma dədə-baba torpağınıza qayıdacaqsınız.” Biz sözlərlə biz tarix yazırıq. Bu şanlı tarix xalqımızın, ölkəmizin yeni şanlı tarixidir. Onun adı Zəfər tarixidir. Ağdam yenidən bərpa olacaq, abadlıq-quruculuq işləri həyata keçiriləcək. Azərbaycanın ən gözəl şəhərləri sırasında olacaq. Artıq həm Ağdam üçün həm də, ağdamlılar üçün yeni dövr başlayır. Cənab Prezidentimizin dediyi kimi şəhərləri, kəndləri bərpa edəcəyik. Hər bir qarışını abad edəcəyik. Ağdam rayonu yenidən ən zəngin, mədəniyyətin , aqrar sənayenin, kənd təsərrüfatının gur inkişaf etdiyi rayonlardan birinə çevriləcək.

Artıq vətən müharibəsi arxada qalır. Biz döyüş meydanında zəfər çaldıq. Eyni zamanda siyasi meydanda da qələbə qazandıq. İşğalçı Ermənistan döyüş meydanında məqlub oldu. Bütün millətlər arasında rəzil oldu. Uğursuz bir ölkə olduğunu bütün dünya gördü. Bütün bu uğursuzluğun bir səbəbi vardı o da işğalçı bir dövlət olmağıydı. İşğalçılıq siyasəti düşməni uçuruma apardı. Artıq bütün dünya ölkələri gördü ki, Ermənistan heç vaxt müstəqil ölkə ola bilmədi. Elə bu gündə müstəqil deyil. Ermənistan müstəmləkədir. Bu müharibə birdə onu göstərdi ki,Ermənistan siyasi,hərbi,iqtisadi,ideoloji baxımdan çox zəif bir ölkədir.

Artıq Ermənistan “məğlub edilmiş ölkə” damğası ilə yaşayacaq. Müstəqil ölkə kimi yaşaya bilməyən erməni xalqı yəginki, gedib başqa ölkənin tərkibinə girəcək.

Ermənistanı bu vəziyyətə salan onun qonşularla normal münasibət qura bilməməsi, Azərbaycana, Türkiyəyə ərazi iddiaları oldu. Onlar bilməlidirlər ki, onlar üçün yeganə yol Azərbaycan xalqı ilə dinc qonşuluq şəraitində yaşamaqdır.

Bu gün bizim qələbəmiz milli birliyimizdir. Azərbaycan prezidenti ölkənin güclənməsi yolunda ardıcıl uğurlu addımlar atmışdır. Azərbaycan torpaqlarının işğaldan azad edilməsi sanki hərbi qələbə nəticəsində mümkün olmuşdur. Torpaqlarımızın azad edilməsinə səbəb olan ikinci Qarabağ müharibəsini qalibiyyətlə başa vurmuş Ali Baş Komandana eyni zamanda Azərbaycan ordusuna eşq olsun!

Ağdamda bizimdir, Qarabağda bizimdir və bizimdə qalacaqdır!

 

Gülarə Verdiyeva

YAP Nəsimi rayon təşkilatı Qadınlar Şurasının sədri

Sizin Reklam Yeriniz