Əlaqə Arxiv
news Image
2020.11.25
13:50
| A A A
Türk donanması döyüş vəziyyətinə gətirildi

Avropa Birliyinin (AB) “İrini” əməliyyatı çərçivəsində Türkiyə bayrağı ilə hərəkət edən ticarət gəmisinə müdaxiləsi ətrafında qalmaqal davam edir.

Mövqe.az xəbər verir ki, bu barədə “Yeni Şəfəq” nəşri məlumat yayıb.

Nəşr yazır ki, Ankara beynəlxalq hüquq normaları çərçivəsində ilk olaraq AB, İtaliya və Almaniyanın Türkiyədəki səfirlərini Xarici İşlər Nazirliyinə çağırıb:

“Burada səfirlərə Türkiyənin icazəsi olmadan “Roseline-A” gəmisinə hərbi müdaxilə edilməsinə və qanunsuz yoxlanılmasına etiraz edilib. Eyni zamanda, nota verilib. Notada baş verən hadisənin beynəlxalq hüquq normalarına zidd olduğu bildirilib.

Türkiyə nota verməklə yanaşı, tərəflərdən üzr gözlədiyini açıqlayıb. Ankara hadisəyə bənzər reaksiya verməsində heç bir əngəlin olmadığını bildirir. Misal, Yunanıstan bayraqlı ticarət gəmilərinin sıx fəaliyyət göstərdiyi Aralıq dənizinin şərq hissəsində qarşılıqlı prinsipin tələbləri beynəlxalq hüquq çərçivəsində tətbiq oluna bilər. Yəni, türk donanmasının Liviya sularındakı hərbi gəmiləri də yeni təzyiq və təxribatlara qarşı hazır vəziyyətə gətirilib”.

Sizin Reklam Yeriniz