Əlaqə Arxiv
news Image
2020.11.26
15:15
| A A A
ADAU-da onlaynelmi-praktik konfrans keçirilib

26 noyabr 2020-ci il tarixində Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) “İşğaldan azad olunmuş ərazilərdə aqrar sahənin inkişaf perspektivləri” mövzusunda onlayn elmi-praktik konfrans keçirilib. Konfransı giriş sözü ilə açan universitetin rektoru, AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərov çıxış edərək bildirib ki, Kənd Təsərrüfatı Nazirliyinin müvafiq məktubuna əsasən, Azərbaycan Respublikasının Prezidenti Cənab Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında  işğaldan azad olunmuş ərazilərdə tam funksional fəaliyyətin təmin edilməsi və aqrar sahənin infrastrukturunun qurulması məqsədi ilə kənd təsərrüfatı təyinatlı layihələr barədə məlumatlar Nazirliyə təqdim olunmalıdır.Bu baxımdan konfransın məqsədi torpaqlarımızın işğaldan azad edilməsindən sonra həmin ərazilərin ümumi qiymətləndirilməsi, vahid baş plana uyğun olaraq bərpası, gələcəkdə iqtisadiyyata töhfələrin verilməsi üçün indidən hərtərəfli müzakirələrin  təşkili və aqrar sahənin inkişafına dəstək infrastrukturunun formalaşdırılmasıprioritetlərindən irəli gələn vəzifələrin yerinə yetirilməsi üçün elmi cəhətdən əsaslandırılmış təkliflərin verilməsindən ibarətdir.

Konfransda məruzəçilər tərəfindən işğaldan azad olunmuş ərazilərdə aqrar sahənin inkişaf etdirilməsi üçün fəaliyyət planı, aqrar yönümlü monitorinqlərdə universitet əməkdaşlarının iştirakı, dəymiş zərərin qiymətləndirilməsi,torpaqmünasibətləri,iqtisadi və investisiya potensialı, resurslarla təminat,aqroturizmin inkişaf istiqamətləri, su təminatı və suvarma sistemlərinin bərpası,elmi və kadr təminatı məsələləri müzakirə olunmuş, səmərəli təkliflər irəli sürülmüşdür.

ƏLİHÜSEYN ŞÜKÜROV
Sizin Reklam Yeriniz