Əlaqə Arxiv
news Image
2020.11.27
11:41
| A A A
Əziz Kəlbəcər, sən azadsan!

Neçə illərdir doğma yurdumuz olan- Kəlbəcər vətən həsrəti ilə alışıb- yanan Xalqımız Gözünüz Aydın! Bu günü bütün xalqımız, xüsusilə illərdir vətən həsrəti çəkən insanlar səbirsizliklə gözləyirdi. Bildiyimiz kimi, Kəlbəcər rayonu 1993-cu il aprelin 2- də işğal edilmişdir. Kəlbəcərin işğalı mühüm strateji əhəmiyyət kəsb edirdi. Neçə illərdir Kəlbəcərimizə amansız zülmlər göstərilmis, bir bina da olsa daş üstə qoyulmamış, insanlara vəhşiliklər törədilmiş, Kəlbəcərin tarixi abidələrinə, təbiətinə böyük ziyan vurulmuşdur. Axir-əvvəl haqq-ədalət öz yerini tapdı! Kəlbəcərin və digər rayonlarımızın işğaldan azad olunması Prezidentimiz İlham Əliyevin uzaqgörən siyasəti və Ordumuzun gücü sayəsində baş tutdu. Bu torpaqlarımızın azad olunmasını biz Şəhidlərimizə borcluyuq! Ne qədər sevinsək də, içimizdə bir kədər hissi olacaq. Şəhidlərimizin qanı yerdə qalmır! İşğaldan azad olunmuş bütün torpaqlarımızda Cənab Ali Baş Komandan İlham Əliyevin tapşırıqlarına əsasən, yenidənqurma işləri aparılacaq, bu torpaqlarda həyat yenidən diriləcəkdir. Bu 44 günlük müharibə əslində bizə çox şeyləri öyrətdi. Xalqımızın mübarizə gücünü, əzmini bir daha ortaya qoydu. Xalqımızın Vətəni necə çox sevdiyini lazım olarsa, canından belə keçməyə hazır olduğunu bütün dünyaya göstərdi . Heydərova Bənövşə,

Nəsimi rayon gənci

Sizin Reklam Yeriniz