Əlaqə Arxiv
news Image
2020.11.27
11:43
| A A A
Kəlbəcər işğaldan azad oldu!

Prezident İlham Əliyev xalqa müraciətində Kəlbəcər rayonunun 25 noyabr 2020-ci il tarixində düşmən tapdağı altından azad edilməsi haqda danışıb. Cənab İlham Əliyev kəlbəcərliləri doğma rayonlarının azad olunması münasibəti ilə təbrik edib. Xalqa müraciətində ilham əliyev kəlbəcər rayonunun azərbaycan üçün daşıdığı tarixi vacibliyindən, iqtisadiyyat üstünlüklərindən bəhs edib. Kəlbəcər rayonu 2 aprel 1993-cü ildə mənfur düşmən tərəfindən işğal edilmişdir. Şuşa və Laçının işğalından sonra Kəlbəcərin işğal altına düşməsi ermənistanla Qarabağ arasında coğrafi əlaqə yaratdı. Kəlbəcərin işğalı ermənistanın Qarabağ üçün olan məqsədlərinə təməl yaratdı. İlham Əliyev bildirib ki, Qarabağın işğal olunmasının səbəbi o vaxt ki, Azərbaycan xalq cəbhəsidir. 1992-ci ildə Azərbaycanda hakimiyyətdə özbaşınalıq baş alıb gedirdi. Repressiyalar siyasi böhran, çaxnaşmalar, xaos, hakimiyyətə çox gedib fəsadlara yol açırdı. O vaxt hakimiyyətdə olan işçilərin heç bir statusu olmadığı halda parlament, dövlət katibi, xarici işlər naziri kimi dövlət üçün vacib vəzifələrdə yer alması idi işğalın səbəbi. Bəlkə o vaxtı hakimiyyət o vəziyyətdə olması aiddir öz çirkin əməllərinə görə azərbaycanı uçuruma aparmasa idilər, o zaman heç bir torpağımız işğal altında qalmayacaqdı. Öz əlləriylə bizim doğma torpaqlarımızı işğal etmək üçün düşmən imtahan yaratmasa idilər biz bu vəziyyətdə olmayacaqdıq. Onların hamısı kollektiv paşinyandır- savadsız, biliksiz, qorxag, iradəsiz. Öz əlləri ilə Azərbaycanı məhv etdilər. Heydər əliyev 1993-cü ildə hakimiyyətə gəlməsəydi bəlkə də biz dövlətçiliyimizi itirəcəkdik. Kəlbəcər bizim qədim zəngin torpağımızdır. Kəlbəcərdə yerləşən kilsələr qədim Qafqaz Albaniyasına aiddir. Mənfur düşmən onları özününküləşdirməyə çalışsa da, bu tarixi abidələrin Azərbaycana aid olduğunu təstiqləyən bir çox tarixi sənəd var. O məscidlərdən kilsələrdən əsər əlamət qalmayıb hamısını dağıdıblar. Təkcə Kəlbəcərdə yox Ağdam, Şuşa, Laçın, Cəbrayıl, Zəngilan və başqa rayonlarımızda da. Lakin bunların heç biri Avropa şurası üçün narahatlıq yaratmırdı. Niyə? "30 ilə yaxın müddətdə müxtəlif terror aktları keçirərək bizim rayonlarımız dağıdıblar məhv ediblər. Ama biz bunları bərpa edəcəyik." İlham əliyev kəlbəcərdə yerləşən Tərtər, Bazarçay, Xaçınçay kimi böyük əraziləri qidalandıran çaylarından da bəhs edir. Sadəcə mülki əhaliyə deyil, ekologiyamıza tarixən önəm kəsb edən abidələrimizə qarşıda teror aktları törədilib. Bunların heç biri unudulmayacaq. erməni xalqı torpaqlarımızı tərk edib gedəndə belə rayonlarımızı dağıdıb getdilər. Evlərimizi yandırdılar, meşələrə od vurdular. Onlar biliki, bu torpaqlara bir də qayıtmayacaqlar. Düşmənin bütün planlarını məhv etdik. İlham Əliyev illərdir aparılan danışıqların heç bir faydası olmadığını, illərdir bu problemə Azərbaycandan başqa ciddi yanaşmayan ölkələrdən danışıb. Şuşanın azad olunmasından sonra düşmən diz çökdü. Düşməni döyüş meydanında susdurduq. Müharibə kimin-kim olduğunu sübut etdi. Azərbaycan zəfər çaldı,. ermənistan məğlub oldu. Kəlbəcər bizimdir, Qarabağ Azərbaycandır!

Əlizadə Zeynəb,

Nəsimi rayon gənci

Sizin Reklam Yeriniz