Əlaqə Arxiv
news Image
2020.11.27
12:03
| A A A
Doğma yurdum, Kəlbəcər!

Bu gün, 2020-ci il, 25 noyabr tarixi, Azərbaycan xalqı üçün olduqca əlamətdar bir gündür. 1993-cü il 2 aprel tarixində, mənfur düşmənlərimiz tərəfindən vəhşicəsinə işğal edilmiş Kəlbəcər, bu gün öz azadlığına qovuşur. Rəşadətli Azərbaycan Ordusunun təcavüzkar erməni qüvvələrinə layiqli cavablarını verməsi, Ali baş Komandanımızın müdrik siyasəti nəticəsində bu gün, Azərbaycan 30 il işğal altında qalmış torpaqlarına qovuşur. Hər qarışı sərvət olan, havası, təbiəti ilə cənnətdən fərqlənməyən Kəlbəcərimiz bugün düşmən tapdağından azad edilir. Xalqımız böyük bir qürur və sevinc hissi keçirir. 30 ildir ki öz doğma torpaqlarına həsrət qalmış xalqımızın əzab əziyyəti, həsrəti sona çatır. Vəhşi düşmənlərimizin mülki əhaliyə qarşı törətdiyi soyqırım, terror hadisələri bəs deyilmiş kimi, indidə ekoloji terror törətməsi, lakin, bütün bunlara baxmayaraq Azərbaycan əsgərinin onlara qarşı olan humanist davranışı, bütün dünya üçün böyük bir insanlıq dərsidir. Erməni qüvvələri isə, öz vəhşiliklərini, necə qəddar və qorxaq olduqlarını, ordumuzun qarşısında cavab verməkdən qaçaraq, mülki əhalini hədəf almaqla göstərdi. Azərbaycanın işi, haqq işidir! Biz ədalətli mübarizə aparırıq və sözümü döyüş meydanında deyirik! Biz terror törətmirik, mülki əhalini hədəf almırıq. Bizlər sadəcə haqqımız olan torpaqlarımız uğrunda mübarizə apardıq və zəfər çaldıq! Azərbaycan Ordusunun, igid əsgərlərimizin, Ali Baş Komandanımız səyləri nəticəsində, xalqımızın birliyi nəticəsində Qarabağımıza geri qayıdırıq! Işğaldan azad edilmiş torpaqlarımız yenidən həyat dolu olacaq. Erməni vandalizminin sona çatdığı bu torpaqlar, Azərbaycanın dilbər guşələrindən birinə çevriləcək. Biz hər birimiz Azərbaycanlı olduğumuz üçün fəxr edirik! Azərbaycan Ordusu ilə, Ali Baş Komandanımız ilə qürur duyuruq! Yaşasın Azərbaycan Ordusu!

Qarabağ Azərbaycandır!

Əlixanlı Fatimə,

 Nəsimi Rayon gənci

Sizin Reklam Yeriniz