Əlaqə Arxiv
news Image
2020.11.27
15:02
| A A A
ALİM İŞĞALDAN AZAD OLMUŞ ƏRAZİLƏRİMİZDƏ EKOLOJİ TERRORDAN DANIŞIB
AMEA akad. H.Ə.Əliyev adına Coğrafiya İnstitutu Azərbaycanın siyasi və iqtisadi coğrafiyası şöbəsinin rəhbəri, coğrafiya üzrə elmlər doktoru Nəriman Paşayev televiziyanın ATV Səhər verilişinin qonağı olub. Düşmən tapdağından azad olmuş ərazilərimizdə ekoloji vəziyyətə aydınlıq gətirən alim Ermənistanın işğalçılıq siyasəti nəticəsində coğrafi mövqeyimizin, təbii sərvətlərimizin, burada fəaliyyət göstərən sənaye, kənd təsərrüfat müəssisələrimizin, sosial infrastruktur, kurort-turizm sahələrimizin - hər şeydən əvvəl isə əhalimizin terrora məruz qadığını diqqətə çatdırıb. O bidirib ki, işğal nəticəsində Azərbaycanın nəzarətindən kənarda qalmış ərazilərdə böyük siyasi-coğrafi problemlər yaranmış, Naxçıvanla Azərbaycan arasındakı bütün kommunikasiya sistemləri məhv edilmiş, Muxtar respublika anklav əraziyə çevrilmişdi. Azərbaycanın zəngin unikal ərazilərində torqağlar deqradasiyaya uğramış, su ehtiyatları zəhərli maddələrlə çirkləndirilmiş, təbii sərvətlər vəhşicəsinə istismar edilərək ölkədən çıxarılmışdır.
Sizin Reklam Yeriniz