Əlaqə Arxiv
news Image
2020.11.30
13:24
| A A A
Azərbaycan Ordusunun şəhid giziri Qubada dəfn edilib

Azərbaycan Silahlı Qüvvələrinin şəhid giziri Orxan Vidadi oğlu Balayev dəfn edilib.

"Report"un Şimal bürosunun məlumatına görə, o, doğulub boya-başa çatdığı Quba rayonunun Alpan kəndində torpağa tapşırılıb.

Dəfn mərasimində şəhidin yaxınları, Quba Rayon İcra Hakimiyyətinin başçısı Ziyəddin Əliyev, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, kənd sakinləri və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Şəhidin tabutuna bükülən üçrəngli bayraq Quba Rayon İcra Hakimiyyəti başçısı tərəfindən yaxınlarına təqdim edilib.

Allah rəhmət eləsin!

Sizin Reklam Yeriniz