Əlaqə Arxiv
news Image
2020.11.30
14:23
| A A A
Masallı RİH başçısı Tüklə kəndi ərazisində çay əkini zamanı mövcud vəziyyətlə tanış olub

Bu günlərdə Masallı Rayon İcra Hakimiyyətinin başçısı Şahin Məmmədov Tüklə kəndi ərazisində çay əkini ilə yaxından maraqlanıb.


Masallı DAİM-in direktoru Seymur Nuriyev və fermer Seyran Nəcəfov ərazidə ilk dəfə olaraq 8 hektar sahədə çay əkini barədə rayon rəhbərinə məlumat veriblər. Bildirilib ki, bir neçə gün ərzində 4 hektardan çox sahəyə Lənkərandan gətirilmiş, yerli torpaq şəraitinə uyğun çay şitilləri əkilib.
Masallı Rayon İcra Hakimiyyətinin başçısı Şahin Məmmədov yeni salınacaq çay plantasiyasına, əkilən sahələrə baxmış, tövsiyə və göstərişlərini vermiş, şay bitkisinin rentabelliyindən söhbət açmışdır.
Rayon rəhbəri əməkçilərə qoşulub torpağa bir neçə çay şitili köçürmüşdür.
İcra başçısı Ş.Məmmədov təsərrüfat sahələrindəki mövcud vəziyyətlə tanışlıq zamanı Qələbə Bayramı münasibətilə əməkçiləri təbrik edib, bu kənddən olan və bütün şəhidlərimizə, -Allah bütün şəhidlərimizi rəhmət eləsin, - dedi.
Böyük Qələbənin əldə olunmasında ölkə rəhbərinə minnətdarlıq bildirərək qeyd edib ki, cəbhədə bizim qələbələrimiz çox oldu. Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan möhtərəm cənab İlham Əliyevin sayəsində düşmən tapdağında olan Qarabağ torpaqlarımız 44 gün ərzində azad olunub. Əsgər və zabitlərimizin qələbə müjdəsi bizi sevindirir. Ona görə də biz arxa cəbhədə öz əməyimizlə bolluq yaratmalıyıq. İqtisadi rentabelli kənd təsərrüfatı sahələri, xüsusilə bu qiymətli, çoxillik çay bitkisinin yetişdirilməsinə diqqət artırılmalıdır.
İcra başçısı həmçinin karantin qaydalarına riayət olunmaqla çaybecərənlərin problemləri ilə maraqlanıb, onlara tapşırıq və tövsiyələrini verib. O, əkin zamanı bütün aqrotexniki qaydalara əməl etməyi, çaybecərənlərdən ara məsafəsi gözləməyi, virusla vaxtaşırı mübarizə aparmağı xahiş edib. İcra başçısı bildirib ki, bu gün hər bir vətəndaş bilməlidir ki, ölkədə aparılan koronovirusla mübarizə tədbirləri bizim sağlamlığımızın qorunmasına, əhalinin, bütövlükdə ölkəmizin təhlükəsizliyinə xidmət edir.
ƏLİHÜSEYN ŞÜKÜROV
Sizin Reklam Yeriniz