Əlaqə Arxiv
news Image
2020.12.02
13:08
| A A A
Karantini pozan kafelər aşkarlandı, 14 nəfər cərimələndi

Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində şəhər ərazisində yerləşən “Tərlan” və “Palma” kafelərinin sərtləşdirilmiş karantin rejiminin qaydalarına zidd olaraq fəaliyyət göstərdiyi müəyyən olunub.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən Mövqe.az-a verilən məlumata görə, obyektlərə baxış zamanı həmin kafeləri icarə əsasında işlədənlər və orada olan müştərilər olmaqla ümumilikdə 14 nəfər barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə tədbirlər görülüb.

Bundan əlavə, Cəlilabad şəhər sakini olan və COVID-19 infeksiyası testinin nəticəsi pozitiv çıxmış Elşən Əliyevin yaşayış yerini tərk etdiyi müəyyən edilib. Həmin şəxs polis əməkdaşları tərəfindən ərzaq mağazasında aşkar edilərək yaşadığı ünvana qaytarılıb.

Faktla bağlı Cəlilabad Rayon Polis Şöbəsində araşdırma aparılır.

Sizin Reklam Yeriniz