Əlaqə Arxiv
news Image
2020.12.02
14:30
| A A A
Sərt tədbirlər olmasa, virusun qarşısını almaq olmayacaq

Təəssüf ki, son vaxtlar virusla mübarizəyə diqqəti azaltdıq. İnsanların vətənpərvərliyi, müharibə şəraiti, stress və həyəcan keçirməsi immunitet sisteminin aşağı düşməsinə səbəb oldu.

Mövqe.az xəbər verir ki, bunu Vəli Axundov adına Elmi Tədqiqat Tibbi Profilaktika İnstitutunun direktoru, professor Adil Allahverdiyev Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən brifinqində deyib:

"Belə hallarda baş verən hadisələr COVID-19-u unutdurdu və xəstəliyə yoluxanların sayı 4-mini keçdi. Əgər əvvəl gündəlik 2 nəfər ölüm halları baş verirdisə, bu gün say artdığı üçün ölüm halları da artıb".

O qeyd edib ki, 20 yaşına qədər olan şəxslər xəstəliyin daşıyıcısı hesab olunur: "20 yaşdan aşağı olanlar ölüm daşıyıcıları hesab olunur. Onlar ətrafa ölüm saçırlar. Hər kəsin ətrafında xəstələr var. 20 yaşa qədər olan şəxslərə müraciət edirəm, əgər ailənizdəkilərin yoluxmasını istəmirsinizsə, qaydalara riayət edin. Bu virus çox qəliz virusdur. Məlumatlar olsa da, yetərli qədər deyil. Yanınızda kimsə siqaret çəkirsə, siz ondan uzaqlaşsanız da qoxunu hiss edirsiniz. Siqaret tüstüsü ilə belə virus molekulları yayılır. Taksiyə daxil olar-olmaz pəncərəni açın, havalandırın. 50 yaşdan yuxarı şəxslər bir başa təhlükəlidir. 4 faiz insanlarda genetik olaraq immunitet sistemi çalışmır və onlar xəstəlikdən asılı olmayaraq ölümlə nəticələnə bilər. Əmələ gələn antitellər virusların yaşamasına şərait yaradır".

Adil Allahverdiyev qeyd edib ki, vaksin məsələsi gündəmdədir: "Amma vaksinə ümid etmək olmaz. Bu gün sosial məsafə, kütləviliyi azaltmaq vacib məqamdır. Virus kütləviliyi sevir. Ona görə də mütləq tədbirlər görülməlidir. Bunlar son dövrdə tətbiq olunan qaydalardır. Nə qədər sərt tədbirlər görülmüş olarsa, o qədər doğrudur. Sərt tədbirlərə mütləq əl atılmalıdır. Artıq xəstələri yerləşdirməyə yer qalmır. Həkimlər də əldən düşür. Sərt tədbirlər olmadığı halda virusun qarşısını almaq mümkün olmayacaq. Dünyanın bütün ölkələrində bu tədbirlər görülür. İnanıram ki, insanlarımız vətən müharibəsindən sonra həqiqətən ölkəsinə hər formada dəstək göstərəcək. Biz bununla əsgərlərimizə dəstək vermiş oluruq"

Sizin Reklam Yeriniz