Əlaqə Arxiv
news Image
2020.12.02
16:39
| A A A
Azərbaycanda çoxlu sayda yeni iş yerləri açılacaq

Azərbaycanın işğaldan azad etdiyi ərazilərin böyük iqtisadi potensialı var. Bu ərazilər həm aqrar üstünlüyü, həm də xammal bazası, emaledici sənaye istehsalı baxımından fərqlənən rayonlarımızdır.

Bunu Trend-ə Milli Məclisin deputatı Vüqar Bayramov deyib.

Deputat bildirib ki, həmin ərazilərimizin imkanları orada iqtisadiyyatın daha tez bərpa olunmasına şərait yaradacaq: “Xüsusən işğaldan azad edilən ərazilərimizin kənd təsərrfüatı potensialı kifayət qədər böyükdür. Nəzərə alaq ki, Füzuli, Ağdam rayonları işğaldan əvvəlki dövrlərdə pambq, taxıl, üzüm istehsalına görə ölkədə aparıcı rayolar sırasında idilər. Cəbrayıl, Qubadlı, Zəngilan rayonları da üzümçülükdə fərqlənirdi. Laçın, Kəlbəcər, Qubadlı və Zəngilanda heyvandarlıq çox inkişaf etmişdi. Daxili ət istehsalında bu rayonlarımızın payı kifayət qədər böyük idi”.

V.Bayramov vurğulayıb ki, işğaldan azad edilmiş ərazilər eyni zamanda böyük xammal bazasına malikdir: “Həmin rayonlarımızda qızıl, mis, civə, dəmir, mərmər və eləcə də inşaat materialları üçün xammal bazası var. Göründüyü kimi, bu rayonların həm sənaye, həm kənd təsərrfüatı potensialı var, xammal bazası, təbii resursları olduqca böyükdür. Bütün bunlar imkan verəcək ki, bərpa prosesindən sonra qısa zamanda həmin ərazilərimizin iqtisadiyyatı inkişaf edə bilsin”.

Deputat bildirib ki, işğaldan azad olunan ərazilərdə iki iqtisadi rayon yerləşir – Yuxarı Qarabağ və Kəlbəcər Laçın iqtisadi rayonları: “Bu rayonların iqtisadi potensialı, o cümlədən ölkə üzrə ümumi daxili məhsudakı potensial payının qiymətləndirilməsi göstərir ki, bərpa prosesindən sonra həmin rayonlarımızda iqtisadiyyatın 8 dəfə artması mümkündür. Bu, bir tərəfdən ona imkan verir ki, həmin rayonlarımızın iqtisadiyyatı sürətli şəkildə artısn və inkiaf etsin”.

V.Bayramov əlavə edib ki, işğaldan azad edilmiş ərazilərin bərpası ilə çoxlu sayda yeni iş yerləri açılacaq: “Kifayət qədər çox infrastruktur layihələri həyata keçiriləcək və bu layihələr Azərbaycan vətəndaşlarının işlə təminatına müsbət təsir göstərəck. Eyni zamanda, həmin ərazilərdə iqtisadiyyatn inkişafı yeni iş yerlərinin yaranması deməkdir”.

Sizin Reklam Yeriniz