Əlaqə Arxiv
news Image
2020.12.03
14:00
| A A A
“ Bizim olan bizimdir! "

Prezidentimiz cənab İlham Əliyev 01.12.2020 tarixində xalqa öz çıxışını bildirib. Bu çıxış illərlə gözlədiyimiz, 27 il sonra həsrətinə son qoyduğumuz Laçın rayonu haqqında olub və budur! Əziz Laçın sən azadsan!Bu tarixlə demək olar ki, bütün rayonlarımızı işğaldan azad etdik.İçimizdəki illərlə davam edən kədər hissini xoşbəxt bir gülümsəmə, sevinc hissi ilə əvəz etdik. Bunu da qeyd edim ki döyüş meydanında olmadan,bizə parlaq qələbə ilə gələn 3 rayon -Ağdam, Kəlbəcər və Laçın. Biz bu rayonları bir güllə atmadan, bir şəhid vermədən qaytarmışıq.

Laçın bizim üçün strateji əhəmiyyətdən əlavə həm də zəngin təbiət kəsbedir. Laçınımız nə qədər gözəl olsa da, nə qədər zəngin nemətlərə sahib olsa da, biz Laçını yenidən bərpa edəcəyik. Artıq bizim üçün yeni dövr başlayır. Quruculuq dövrü! Biz nəinki Laçını, işğaldan azad etdiyimiz bütün rayonlarımızı dirçəldəcəyik.

Bütün bu əldə olunan uğurlar vətən uğrunda canından keçən şəhidlərimizin qanı bahasına qazanılıb. Bu gün onların sayəsində : Cəbrayıl bizimdir! Fizulibizimdir! Zəngilan bizimdir! Qubadlı bizimdir! Şuşa bizimdir!Ağdam bizimdir! Kəlbəcər bizimdir! Laçın bizimdir!

QARABAĞ AZƏRBAYCANDIR!

Bağırova Təhminə

Nəsimi Rayon gənci

Sizin Reklam Yeriniz