Əlaqə Arxiv
news Image
2020.12.03
17:18
| A A A
Gözəlliyin görən gözü-Laçın

Əziz Laçın, səndən ayrı keçən 28 il üçün bağışla bizi... İllərin həsrəti üçün bağışla bizi... Gözəlliyin görən gözü olan yurdu gözüyaşlı qoyduğmuz üçün bağışla bizi...

Artıq bu həsrət bitdi.Laçın rayonunun azad edilməsi Azərbaycan Prezidenti, qalib sərkərdə İlham Əliyevin uzaqgörən, düşünülmüş, düzgün taktika və strategiyasının parlaq nəticəsinin təzahürü kimi qiymətləndirilməlidir. Bu zəfər həm də şanlı Azərbaycan Ordusunun igid, qorxmaz, qəhrəman əsgər və zabitlərinin müqəddəs və doğma torpaqlarımız uğrunda yüksək hərbi peşəkarlıq və tükənməz Vətən sevgisi ilə son damla qanlarına kimi qəhrəmancasına vuruşmalarının  təzahürüdür.

Hər zaman evdə valideynlərimiz, məktəbdə müəllimlərimiz bizə Vətən, torpaq sevgisini aşılayıb, hər birimizin şəhidlərimizə, qazilərimizə borclu olduğunu deyib. Qırx dörd gün davam edən müharibədə əsgərlərimizin göstərdiyi şücaət bizlərə örnək oldu. Biz də şəhidlərimizin, qazilərimizin davamçısı olaraq hər zaman torpaqlarımızın keşiyində dayanacağıq.

Qarabağa yenidən həyat qayıdır. Başımızın tacı olan hər qarış torpağımızı göz bəbəyi kimi qorumalıyıq. Bundan sonra hər sabahımız bütöv Azərbaycana açılacaq. Qələbəmiz mübarək olsun! Qarabağ Azərbaycandır!

 

    Hüseynova Zeynəb

    Nəsimi rayon gənci     

Sizin Reklam Yeriniz