Əlaqə Arxiv
news Image
2020.12.03
18:52
| A A A
Bu qış ağır və uzun olacaq, evdə qalın – Xəbərdarlıq

ABŞ-ın Los-Anceles şəhərində tam karantin elan olunub.

Axar.az xəbər verir ki, bu barədə şəhərin meri Erik Qarsetti Tvitter səhifəsində yazıb.

“Yeni il vaksinlə və epidemiyanın qarşısının alınması ilə yeni ümidlər gətirir. Amma indi bizi uzun və ağır qış gözləyir. Bacardıqca uzun müddət evdə qalın, vacib olmadıqca çıxmayın. Dirən, Los-Anceles. Biz bunu birlikdə keçəcəyik”, - mer bildirib.

Bununla yanaşı Erik Qarsetti koronavirusun ikinci dalğasının qarşısının alınması ilə bağlı yeni təlimatlar verib. Los-Anceles sakinlərinə vacib olmadıqca evdən çıxmaq, insanların iştirakı ilə ictimai tədbirlər keçirmək qadağan edilib.

Sizin Reklam Yeriniz