Əlaqə Arxiv
news Image
2020.12.04
11:23
| A A A
İNTİQAM DÜŞMƏNDƏN İNTİQAMINI ALIB...

Masallı rayonunun Köçəkli kəndindən olan gizir İntiqam Abbasovun həyat hekayəsi. Onu hamı bilməlidir.Torpaq qanla qarışanda Vətən olur… Hamı, böyük də, kiçik də bir yumruq kimi Müzəffər Ali Baş Komandan İlham Heydər oğlu Əliyevin ətrafında sıx birləşərək, birlik nümayiş etdirdilər, Qələbə qazandılar...

 

...Masallı rayonunun Köçəkli kəndinə gələndə abad kəndin nümunəsini gördük. Asfalt yolda şütüyən maşınımız asta-asta irəliləyirdi. Kəndə gələn maşınların, yolboyu hərəkət edən  insanların ardı-arası kəsilmirdi. Asfalt yolun solunda və sağındakı uşaqlar əsgər nizamı ilə düzülmüş uşaqların əllərində üçrəngli Azərbaycan Bayrağı dalğalanırdı.   Bayrağımızı hündürə qaldıraraq, havada yelləyirdilər. Fərəhdən adamın ürəyi dağ boyda olur. Deyirər, torpaq qanla qarışanda Vətən olur. İndi böyükdən – kiçiyə kimi bütün insanlar Azərbaycan Prezidenti cənab İlham Əliyevin ətrafında sıx birləşir, Ali Baş Komandana inanır. Ona görə ki, nizami, güclü ordumuz erməniyə öz gücünü göstərdi. Bu, xalqımızı sevindirir. Ermənistan özünün işğalçılıq siyasətinin qurbanına çevrilib.

 

...İntiqam Vətən müharibəsinin ilk günlərindən döyüşlərə qatılır.

Sentyabrın 27-də səhər saatlarında erməni təxribatı Azərbaycanın Füzuli, Cəbrayıl, Tərtər, Ağdam, Ağdərə istiqamətlərində Azərbaycan Silahlı Qüvvələrinin mövqelərinə, kəndlərimizə iriçaplı silahlardan, ağır artilleriyadan istifadə edərək, genişmiqyaslı  təxribatlara yol açmışlar. Azərbaycan silahlı qüvvələri təxribatın qarşısını almaq üçün həmyerlimiz əks-hücumla düşmənə ağır zərbələr endirmişlər. İlık həmlədə bir neçə kəndi azad edən Azərbaycan Ordusu düşmənə öz gücünü göstərdi. Təəsüf ki, belə qanlı vuruşda həmyerlimiz İntiqam Yavər oğlu Abbasov igidliklə həlak olmuşdur.

Həyat hekayəsinə dalğın düşüncələrlə başladığım İntiqam 21 sentyabr 1978-ci ildə Masallı rayonunun Köçəkli kəndində anadan olub. Hamı kimi kənd məktəbinə gedib, parta arxasında oturub, müəllimlərini dinləyib. Riyaziyyatı yaxşı oxuyub. Müəllimləri deyib ki, səndən yaxşı riyaziyyatşı olar, İntiqam. O isə cavabında Vətən keşiyini çəkmək arzusunda olduğunu bildirib. 1996-cı ildə hərbi xidmətə yollanıb, 1999-cu ildə Salyanda gizir məktəbini qurtardıqdan sonra, yəni 2000-ci ildən ömrünü-gününü hərb peşəsinə bağlayıb, Aprel döyüşlərinin iştirakçısı olub. BTR sürürdü...

Ailəliydi. Bir qızı , bir oğlu yadigar qaldı.

 

... Şəhidin cənazəsi əvvəlcə evə gətirildi. Buradakı insan axınında fürsət tapıb şəhidin müəllimi, bu kəndin ilk ali təhsilli ziyalısı, dil-ədəbiyyatçı Arif Kərimovla görüşürəm. Arif müəllim danışır ki, İntiqama orta məktəbdə dərs demişdim. Vətənpərvər gənc idi. Mən şagirdlərimi çox istədiyim kimi, onlar da məni çox istəyirlər.

Qayınatası Qasıməli müəllim də söhbətə qoşulur. Tarix-coğrafiya müəllimidir. Bildirir ki, qızı Sifayə riyaziyyat müəllimidir. Övladları – mənim nəvəm Xdicə bu il ali məktəbə daxil olub. Bu münasibətlə İntiqam da evlərində düzənlənən şənliyə gəlmişdi. Sanki  ürəyinə damıbmış, gedəndə deyib ki, əgər şəhid olsam, başınızı uca edəcəyəm.

Belə də oldu. İntiqam təkcə övladlarının yox, Masallının, boy atdığı Köçəklinin adını dillər əzbəri elədi.

Həyətdən başlanan yol Köçəkli kənd qəbiristanlığında qurtarır. O, uğrunda şəhid olduğu torpağa tapşırılır.

Masallı Rayon İcra Hakimiyyətinin başçısı Şahin Məmmədov və aparatının məsul işçiləri, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin, hüquq-mühafizə orqanlarının əməkdaşları, Milli Məclisin deputatları, ictimaiyyət nümayəndələri,  şəhidin həmkəndliləri də buradadır.

Mən dünyanın bir neçə yerində olmuşam, məşhur azərbaycanlılarla görüşmüşəm. Masallının icra başçısı Şahin müəllim kimi öz Vətənini sevən, torpağına məhəbbət bəsləyən, Vətən haqqında ustad dərsləri keçən əsl Azərbaycan vətəndaşı az insan olar. O, bütün Masallı şəhidlərinin dəfn mərasimində iştirak edib, hər birində geniş nitqlə çıxış edib, Azərbaycanı, Vətəni, Ali Baş Komandanı, əsgərləri, zabitləri vəsf edib...

Masallı RİH başçısı çıxış edib dedi ki, indi kəndin cəsur oğlu, ordumuzun igid çavuşu İntiqam Abbasovu doğulub boy atdığı, uğrunda vuruşduğu torpağa dəfn etdik. Başın sağ olsun, Vətən! İndi Azərbaycan vətəndaşı arxasız deyil. Ölkəmizin İlham Əliyev kimi Prezidenti, Ali Baş Komandanı, cəsur əsgəri, güclü Ordusu var. Son dörd ildə düşməni məhv etməyə kifayət qədər əsgərimiz, müasir silahlarımız var. 2016-2017-ci illərdə, bu ilin iyulunda düşmən gücümüzü gördü.  Ancaq ermənilər həyasız niyyətlərindən əl çəkmirlər. Düşmən növbəti təxribatında bir daha gücümüzə bələd oldu. Ordumuz ilk əks-hücum zamanı düşməni susdurmağa, onları sıxışdırıb Füzulinin, Cəbrayılın bir neçə kəndini, bir sıra strateji yüksəkliyini azad etməyə nail oldu. Təəssüf ki, igid övladımız gizir İntiqam Abbasov Füzuli və Cəbrayılın 7 kəndinin və bir sıra strateji yüksəkliyin ələ keçirilməsində iştirak edib həlak olmuşdur.

-Övladlarına torpağı sanı ömür arzu edirəm. Yaxşı kişinin yaxşı övladı olar. Mən Sizə xoşbəxtlik arzu edirəm. Sizin atanız torpaq uğrunda şəhid olub. Onun ruhu qarşısında hər birimiz baş əyirik. Qələbəmiz böyükdür, uğurlarımız çoxdur. Gənclər hər an torpağı qorumağa hazır olmalıdır. Allah bütün şəhidlərimizə rəhmət eləsin.

Milli Məclisin deputatı Məşhur Məmmədov:

-Vətən şəhid övladlarının hesabına yaşayırsa deməli onu qoruyan var. Biz şəhidlərimizə müqəddəslər kimi baxırıq. Çünki onlar Vətən torpağına qan töküb. Onların qanı isə yerdə qalmayacaq. Artıq qələbələrimiz onların zəhmətinin, cəsurluqlarının görüntüsüdür. Onların ruhu şəhid olan torpaqlardadır.

Allah bütün şəhidlərimizə rəhmət eləsin.

Onda Vətən müharibəsi hələ qurtarmamışdı. Dost da, düşmən də Azərbaycanın Vətən müharibəsini izləyirdi. Ermənistana yerini göstərənə qədər bu davam etdi. Qələbə əzmimiz, ruh yüksəkliyimiz daha da artdı. Çünki, bu ölkənin İlham Əliyev kimi Ali Baş Komandanı var. Hamı Ali Baş Komandanının, Prezidentinin ətrafındadır. Ona görə qalib olduq.

Köçəklinin igid oğlu Şəhid gizir İntiqam Abbasovun tabutuna bükülmüş üçrəngli Azərbaycan Bayrağı məktəbli oğlu Əliyə təhvil verildi.

İcra başçısı Şahin müəllim dedi:
-Başınızı dik tutun. Bu bayraqda şəhidimizin ruhu var, qoxusu var. Mən bu bayrağı öpərək sizə təhvil verirəm. Bu bayraq evinizin ən əziz yerində olmalıdır. Qoy şəhidimizin qoxusunu almaq istəyənlər bu bayrağı öpsünlər,

Əli də Bayrağı öpüb gözünün üstünə qoydu...Yəni mən də bu bayrağı atam kimi qoruyacağam.

İndi rahat yat, İntiqam!
Radionun efirində qələbəlikdir. Vətən nəğməsi səslənir, Qarabağ vəsf olunur. Adam duruxur. Mənim gözlərimə masallılı şəhidlərin, İntiqamın hünəri gəlir.
Dumanlı dağların başında durdum,
Dumandan özümə bir
xeymə qurdum,
Keçdi xəyalımdan öz gözəl yurdum,
Dumanlar içində duman görünür.
Cəbrayıl bizimdir!
Füzuli bizimdir!
Zəngilan bizimdir!
Qubadlı bizimdir!
Ağdam bizimdir!
Kəlbəcər bizimdir!
Laçın bizimdir!
Şuşa bizimdir!
QARABAĞ BİZİMDİR!!!

ƏLİHÜSEYN ŞÜKÜROV

Sizin Reklam Yeriniz