Əlaqə Arxiv
news Image
2020.12.05
18:24
| A A A
Masallıda abadlıq işləri ilə əlaqədar tədbirlər başa çatıb
5 dekabr 2020-ci il tarixdə Masallı rayonunun Bədəlan kəndi inzibati ərazi dairəsində qışa hazırlıq və abadlıq işləri ilə əlaqədar bir sıra tədbirlər başa çatdırılmışdır.
Belə ki, kənd və məhəllələrdə, küçə ətrafında  yaranmış çirklənmə aradan qaldırılmış və zibillər təmizlənmiş, habelə suaparıcı arxlar təmizlənib dərinləşdirilmiş, küçələrə qum-çınqıl döşənmişdir.
Masallı RİHB-nın Bədəlan kənd inzibati ərazii dairəsi üzrə nümayəndəsi Hacırza Nağıyevin verdiyi məlumata görə hazırda kanalların məişət tullantılarından təmizlənməsi işi davam etdirilir. Bu işdə kəndin fəal vətəndaşları, xüsusilə gənclər başqalarına nümunə göstərirlər.
Qeyd edək ki, Bədəlan kəndinin sakinləri ərazi İƏD-in razılığı ilə «Şəhidlər bulağı» üçün işlərə başlamışlar.
Milli Məclisin deputatı, professor Anar İsgəndərovun təşəbbüsü ilə seçicisi olduğu kəndlərdə yaradılan xeyriyyə cəmiyyətlərinin bir qolu da Bədəlan kənd xeyriyyə icmasıdır. Bədəlan kənd xeyriyyə icmasının sədri Famil Yaşar oğlu Məcidov redaksiyamıza bildirmişdir ki, köhnə bulağın yerində yenisinin əvəz olunması təklifini ərazi gəncləri yekdilliklə bəyəndilər və «Şəhidlər bulağı” adlandırılması təşəbbüsü meydana gəldi. Fesbuk Sosial şəbəkəsinin Bədəlan kənd xeyriyyə cəmiyyətinin səhifəsində bulağın tikintisi üçün maddi köməklik lazım olduğunu bildirdik. Bu elanı sosial şəbəkədə görən iş adamı, adını çəkilməyini istəməyən bədəlan kənd sakini, xeyriyyəci insandır. Həmin vətəndaş bulağın tikintisi üçün bütün xərcləri öz öhdəsinə götürüb. Həmin işlə əlaqədar başqa şəxslərdən vəsait tələb olunmur. Artıq yeni «Şəhidlər bulağı” üçün işə başlanılıb.
Allah qəbul eləsin. Allah birə min versin.
Dünyaya bəllidir ki, Müzəffər Ali Baş Komandan möhtərəm cənab Prezident  İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusu zəfər şaldı, ən yeni tarix yazdı. Nə vaxtlar var idi ki, xalq yaşından asılı olmayaraq bu həsrətin sorağında idi və Ali Baş Komandanın əmrini gözləyirdi. Cənab Prezidentin “Bizim gücümüz  birlikdədir!” kəlməsi Azərbaycanı, Azərbaycan gəncliyini birləşdirdi və Zəfər Qələbəsi çaldı.
Şəhidlərimiz əbədi olaraq tarixdə və qəlblərdə yaşıyacaqlar.
Allah bütün şəhidlərimizə rəhmət eləsin.
ƏLİHÜSEYN ŞÜKÜROV
Sizin Reklam Yeriniz