Əlaqə Arxiv
news Image
2013.08.27
17:04
| A A A
Azərbaycanda spirtli içkilərin nağd pulla satışı qadağan edilə bilər

Azərbaycanda spirtli içkilərin nağd pulla satışının məhdudlaşdırılması təklif olunur.

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Rəfael Cəbrayılov Trend-ə bildirib ki, Azərbaycan Parlamentində də spirtli içkilərin yalnız plastik kartlarla alınması ilə bağlı qanunvericiliyə dəyişiklik təklif oluna bilər: "Kimlərsə deyə bilər ki, bu bazar qanunlarına ziddir, amma yetkinlik yaşına çatmayanların spirtli içkilər alması üçün baryer yaratmaq məqsədi ilə bunu tətbiq etmək olar".

R.Cəbrayılov bu məsələnin Milli Məclisdə qaldırılmasının zəruri olduğunu deyib.

Qeyd edək ki, Rusiya Dumasının Enerji komitəsinin sədr müavini, "Ədalətli Rusiya" partiyasının üzvü Oleq Mixeyev ölkə Parlamentinə alkoqollu içkilərin nağd pulla satılmasını qadağan edən qanun layihəsi təklif edib. Deputat bildirir ki, alkoqollu içkilərin yalnız plastik kartlarla satılması bu məhsulun yetkinlik yaşına çatmamış şəxslərə satılmasının qarşısını alacaq. Qanun layihəsinin şərhində qeyd olunur ki, plastik kartla satış içki düşkünlərinin spirtli içki almaq üçün pul oğurlamasının da qarşısını ala biləcək.

Millət vəkili Rəfael Cəbrayılov eyni zamanda qeyd edib ki, Rusiyadan fərqli olaraq Azərbaycanda bu məsələ kritik həddə deyil: "Azərbaycan üçün spirtli içkilər ağrılı problem deyil və buna islam dinin özünün də böyük təsiri var".

Sizin Reklam Yeriniz