Əlaqə Arxiv
news Image
2020.12.13
13:30
| A A A
Azərbaycan xalqı qürur hissi keçirir

44 günlük müharibədən sonra Azərbaycan dövləti qələbə çaldı.Azərbaycan dövləti Ermənistan dövlətini  döyüş meydanında məğlub etdi. Bu 44 gün ərzində Azərbaycanın Şanlı Ordusu geriyə dönmədən irəli addımlayırdı. Neçə-neçə şəhərlər, qəsəbələr, yüksəkliklər azad edildi. Azərbaycan əsgəri, Azərbaycan zabiti bir amalla vuruşurdu ki, torpaqlarımız işğaldan azad edilsin, bu haqsızlığa son qoyulsun, ədalət zəfər çalsın, tarixi ədalət zəfər çalsın.
Azərbaycan əraziləri 30 ilə yaxındır ki, işğal altında idi. Bu uzun illər ərzində bütün beynəlxalq tədbirlərdə və platfomalarda Azərbaycan həqiqətlərini çatdırmaq istiqamətində bizim  tərəfimizdən böyük işlər aparılmışdır. Bütün aparıcı beynəlxalq təşkilatlar Azərbaycanın ərazi bütövlüyünü tanıdı və bunu dəstəklədi.  Qarabağın tarixi ilə bağlı dünya ictimaiyyətinə dolğun məlumat çatdırıldı. Beləliklə, Ermənistanın yalançı təbliğatına son qoyuldu və bütün dünya gördü ki, Qarabağ bizim əzəli tariximizdir.
Azərbaycan Ordusu öz peşəkarlığı ilə təkcə Ermənistanın silahlı qüvvələrini məhv etməyib, o, erməni mifini də məhv etmişdir. Ermənistanın uzun illər ərzində yaratdıqları mifi darmadağın edildi. Onlar öz ordusu haqqında yalan məlumat vermişdilər ki, guya Ermənistan Orsudu yenilməz və mərddir. Nəticədə, 44 günlük müharibədə düşmən ordusu məhv edildi. 
Mənfur düşmən döyüş meydanında məğlubiyyətə uğrayarkən mülki əhaliyə qarşı hərbi cinayətlər törətmişdir. Azərbaycanın bir sıra əraziləri ballastik raketlərin, bomboların hücumuna məruz qalmışdır. 100-ə yaxın mülki vətəndaş yaralanıb və bir hissəsi həlak olmuşdur. Normal olaraq, onların etdiklərini biz onlara geri qaytardıq. Artıq Azərbaycan dövləti bu müharibəyə son qoydu. Torpaqlarımız geri alındı. Hazırda bizim üçün, Azərbaycan xalqı üçün yeni dövr başlayır. Dağılan, yerlə yeksan olunan ərazilərimiz yenidən bərpa olunacaq. Bununla da xalqımız öz sevinc, qürur hissini yaşayır.
   Əliyeva Zenfira                                  
   Nəsimi rayon gənci
                                                     

 

Sizin Reklam Yeriniz