Əlaqə Arxiv
news Image
2020.12.16
17:18
| A A A
Türkiyədə 113 yaşlı qadın koronavirusa qalib gəldi

Türkiyədə 113 yaşlı qadın COVID-19 xəstəliyindən sağalmağı bacarıb.

Unikal.org Türkiyə KİV-ə istinadən xəbər verir ki, 113 yaşlı Kırıkkale şəhər sakini Arzu Sınıroğlu 14 günlük klinik şəraitdə müalicədən sonra koronavirusdan sağalıb. O, həkimlərə dərin təşəkkürünü bildirib.

Atatürkün ruhuna və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğana salam verərək xəstəxananı tərk edən Arzu nənə tibbi personalla zarafat etməyi də unutmayıb.

"Ölüb-eləsəm, hamınız gəlin, yaxşımı?", - deyən yaşlı qadın hamını güldürüb.

Sizin Reklam Yeriniz