Əlaqə Arxiv
news Image
2020.12.24
14:08
| A A A
Şəhid və qazi ailələri bizə əmanətdir

Müharibə zamanı ən gərgin təbəqə dinc sakinlərdir. Emosiya və aqresiya yüksək səviyyədə olur. Hər  iki tərəfin öz tarixi faktlari,sənədləri daha dəqiq desək öz həqiqətləri olur.Lakin,erməni vandalizmi Azerbaycan torpaqlarinin 20% ni işğal edərək öz torpaqlari kimi göstərməyə cəhd edirdi

27 ildən sonra ilk dəfə Qarabağ münaqişəsi ətrafında reaksiyalar aktiv fazaya keçdi.Azərbaycan ordusu şücaətli əsgərləri sayəsində erməni tapdağı altında olan torpaqlarımızı azad etdilər.Vətən bizim üçün Ana deməkdir deyən əsgərlərimiz öz canları bahasına vuruşdular.Şəhid və qazilərimiz oldu.

Azərbaycan Respublikası prezidenti hər zamanki kimi şəhid və qazi ailələrimizə əlindən gələnin artigin edəcəyini bildirdi

Sosial müavinətlər haqqında AR Qanununda bəzi təkliflər irəli sürüldü.Bu təkliflər şəhid ailələrimizin,qazilərimizin və onların övladlarının  gələcəklərinin daha etibarli və güvənli şəkildə olması üçündür.

Təkliflər irəli sürülməmişdən  öncə şəhid ailələri üçün 300 azn,1 - ci dərəcə əlilliyi olan şəxslər 250 azn, 2- ci dərəcə əlilliyi olan şəxslər 230 azn, 3-cü dərəcə əlilliyi olan şəxslər 210 azn müavinət alirdilar.

 Prezidentimizin şəhid və qazi ailələrimizə olan diqqəti   hər zaman göz önündə olmuşdur.

 Şəhid ailələri və qazilərimizin müavinəti haqqında irəli sürülən təklifdə; şəhid ailələri  500 azn,1 - ci dərəcə əlilliyi olanlar 400 azn, 2-ci dərəcə əlilliyi olanlar 350 azn, 3-cü dərəcə əlilliyi olanlar 300 azn almaqlari təklif olundu.

Şəhid ailələrinin ve qazilərimizin sosial həyatlarında daha rahat olmaqları üçün onlari ev və maşınla təmin edilecəklər.Prezidentimiz üçün hər şeydən önemli Böyük Vətən müharibəsində Ana vətənləri üçün öz canları bahasına döyüşən igid əsglərimizdir.

Şəhid və əlilliyi müəyyən olmuş şəxslərin övladlarının təhsil haqqi ləğv olunacaq.Onların gələcəkləri əmin əllərdədir.

Şəhid ailələrinin əmanəti bizim baş tacimizdır.Vətən uğrunda döyüşən hər bir azərbaycanlı bütün xalqın qürur mənbəyidir.

 

Nəsimi rayon gənci

 Hüseynli Elşən Adil oğlu

Sizin Reklam Yeriniz