Əlaqə Arxiv
news Image
2020.12.28
12:50
| A A A
Masallıdan olan şəhid əsgər Şəmsəddin Təhməzov

Şəmsəddin Sərvər oğlu Təhməzov 3 mart 2001-ci il tarixdə Azərbaycan Respublikası Masallı rayonunun Güllütəpə kəndində anadan olmuşdur.

2007-ci ildə Yeni Zuvand kənd tam orta məktəbinin birinci sinifinə daxil olub. İbtidai təhsilini bu məktəbdə alıb.
Sonralar ailə vəziyyəti ilə əlaqədar Beyləqan rayonuna köçdükləri üçün təhsilini Beyləqan şəhər 1№-li tam orta məktəbində davam etdirmişdir.

2016-cı ildə IX sinifi bitirdikdən sonra təhsilini yarımçıq qoymuş,  əmək fəaliyyətinə başlamışdır. İşləyə — işlətyə valideynlərinə maddi dəstək olmuşdur.

2019-cu ilin aprel ayında SHXÇDX-nin Masallı rayon Şöbəsindən həqiqi hərbi xidmətə çağırılıb.

Hərbi xidmətini Tərtər rayonunda yerləşən «N» saylı hərbi hissədə yerinə yetirməyə başlamışdır.

Sentyabrın 27-də səhər saatlarında Ermənistan yaraqlıları Azərbaycanın Füzuli, Cəbrayıl, Tərtər, Ağdərə istiqamətlərində Azərbaycan ordusunun mövqelərinə, kəndlərimizə iriçaplı silahlardan, ağır artilleriyadan istifadə edərək, genişmiqyaslı  təxribatlara yol açmışlar. Azərbaycan silahlı qüvvələri təxribatın qarşısını almaq üçün əks-hücumla düşmənə ağır zərbələr endirmişlər.

İgid əsgərimiz Şəmsəddin Təhməzov Ana Vətən müharibəsi uğurunda başlanan döyüşlərdə yüksək qəhrəmanlıq nümunəsi göstərmişdir. Tərtər rayonu istiqamətində gedən döyüşlərdə  düşmənlərə qarşı mərdliklə vuruşmuşdur.

Cəsur həmyerlimiz oktyabr ayının 7-də qəhrəmancasına şəhidlik zirvəsinə ucalmışdır.

Şəmsəddin Təhməzov 8 oktyabr 2020-ci ildə doğulub boya başa çatdığı Masallı rayonunun Güllütəpə kənd qəbristanlığında torpağa tapşırılmışdır.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş qapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti cənab İlham Əliyevin 18 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən Masallı rayonunun Güllütəpə kəndindən olan Vətən müharibəsinin şəhidi əsgər Şəmsəddin Sərvər oğlu Təhməzov ölümündən sonra «Vətən uğrunda» medalı ilə təltif edildi.

Ondan həyatda heç bir nişanə qalmadı. Subay idi. Amma, Şəmsəddin qəhrəmanlıq nümənəsi onu ürəklərdə daim yaşadacaq.
İnsan var həyatda 80-90 il ömür sürür, tez də unudulur. Şəmsəddin kimi oğullar insanların ürəyində əbədi olaraq yaşayacaqdır…

ALLAH RƏHMƏT ELƏSİN.
ALLAH BÜTÜN ŞƏHİDLƏRİMİZƏ RƏHMƏT ELKƏSİN.
ƏLİHÜSEYN ŞÜKÜROV
Sizin Reklam Yeriniz