Əlaqə Arxiv
news Image
2021.01.01
11:19
| A A A
Bəzi kafe və çay evləri karantin qaydalarına əməl etmir

 

Şəmsəddin Əliyev:“Karantin qaydalarını pozan çay evlərinə, kafelərə qarşı ən sərt cəza tətbiq etmək lazımdır”

Hər bir vətəndaş, hüquqi və fiziki şəxs dövlətin qayda-qanunlarına birmənalı olaraq əməl etməlidir ki, sonradan onların atdığı hansısa bir addım cinayət, yaxud inzibati məsuliyyətin yaranmasına səbəb olmasın. 
Bildiyimiz kimi, Nazirlər Kabinetinin qərarına əsasən, ölkəmizdə xüsusi karantin rejimi 2021-ci il yanvarın 31-nə qədər uzadılıb. Bu ilin dekabr ayının 14-dən 2021-ci il yanvarın 18-nə qədər isə sərtləşdirilmiş xüsusi karantin rejimi tətbiq edilir.
Xüsusi karantin rejimi müddətində ölkəmizdə kütləvi yığıncaqların, toy, yas və nişan mərasimlərinin keçirilməsinə icazə verilmir. Bu mərasimləri gizlin şəkildə keçirənlər isə karantin qaydalarını pozduqlarına görə qanun qarşısında cavab verməli olurlar. COVID-19 virusuna yoluxanların sayında nisbətən azalma dinamikası müşahidə edilsə də, bu heç də virusun tamamilə məhv edilməsinə dəlalət edir. Son günlər çox təəssüflər olsun ki, xüsusi karantin rejiminin tələblərini pozan kifayət kafelər, çay evləri var ki, onlar qanuna qarşı gedərək gizlin şəkildə fəaliyyətlərini davam etdirirlər. Bəzi vətəndaşlarımızın qanunlara əhəmiyyət vermək istəməməsinin nəticəsi isə həm onların özləri üçün ağır olur, həm də epidemoloji vəziyiyyətin pisləşməsinə gətirib çıxarır. Dövlətin qanunlarını saymayan həmin ictimai iaşə müəssilərinə, çay evləri və kafelərə qarşı hansı tədbirlər görülməlidir ki, onlar bir də qanunu pozmağa cəhd etməsinlər, digəriləri də onların vəziyyətindən nəticə çıxarsın? 
Bir tərəfdən də şəhidlərin qırxı çıxmamış toy edənlər də az deyil.
Ekspertlər hesab edir ki, bu kimi xidmət sahələrinin rəhbərləri cərimələnənmələrdən, həblərdən nəticə çıxarmırsa onda onların fəaliyyət lisenziyası müvəqqəti olaraq əllərindən alınmalıdır. 
“Polisə Dəstək” İctimai Birliyinin sədri, tanınmış hüquqşünas Şəmsəddin Əliyev “Mövqe”yə şərhində bildirdi ki, birmənalı şəkildə, həmin çay evlərinin, kafelərin lisenziyaları ləğv olunmalıdır. “Əvvəlcə bir məqamı qeyd edim. Koronavirus ilk dəfə Çinin Uahan şəhərində meydana gəldi, məlumatıma görə, bu şəhərin əhalisi 11 milyon nəfərdir. Orada yoluxma ilə bağlı 10-15 fakt çıxdı ortaya və Çin dövləti bu fakta görə həmin şəhəri bağladı. Bir nəfər bayıra çıxa bilmədi. İnsanlar bu virusun qarşısını almaq üçün özlərində güc taparaq özlərini və digərlərini yoluxdurmamaq üçün çölə çıxmadılar, bununla da virusa qalib gəldilər.
Azərbaycanda dövlət mart ayından bu yana yoluxmanının qarşısının alınması üçün kifayət qədər sərt tədbir həyata keçirib, karantin qaydalarını pozanlara qarşı sərt qaydalar tətbiq edir, onlar cərimələnir, polis tərəfindən saxlanır. Amma bizim vətəndaşların xeyli bir qismi bu qaydalara əməl etmək istəmir. Onlar öz sağlamlıqlarının qədrini bilmirlər, özləri bilər, amma digərlərinin sağlamlığına hörmətlə yanaşmağa borcludurlar. Bu mənada düşünürəm ki, insanların hər biri Nazirlər Kabinetinin qəbul etdiyi qərarlara hörmətlə yanaşmalıdır. Bu qərarın pozulması, onun icra olunmaması hər bir vətəndaş üçün məsuliyyət yaradır. Karantin qaydalarını pozanlar arasında şadlıq sarayları, restoranlar, kafelər də var. Bu cür kafelərin, çay evlərinin rəhbərləri özlərini çox məsuliyyətsiz aparırlar. Karantin qaydalarına məhəl qoymayan, dövlətin qanunlarını tapdayan çay evlərinin, kafelərin lisenziyaları ləğv edilməli, onların fəaliyyətinə qadağa qoyulmalıdır. Onların onsuz da əhaliyə, cəmiyyətə, dövlətə zərrə qədər xeyirləri yoxdur, ancaq zərərləri var. Dünyanı əsarətində saxlayan pandemiya ilə mübarizə istiqamətində Nazirlər Kabinetinin verdiyi qərarlara hər kəs, birmənalı şəkildə, əməl etməli, etməyənlər isə sərt şəkildə cəzalandırılmalıdır”.
Ş.Əliyev hesab edir ki, hazırda pandemiya ilə əlaqədar ekstremal bir vəziyyət yaranıb, bu vəziyyətdə ortaya çıxan hər cəmiyyətə, insan sağlamlığına zidd hərəkətlərin qarşısının alınması üçün Nazirlər Kabinetinin qərarlarında ehtiva olunmayan əlavə tədbirlər də görmək mümkündür: “Bunu təcrübə göstərir. Karantin qaydalarına zidd addımlar atan restoran və şadlıq evlərinin lisenziyaları ləğv olunmalıdır. Müəyyən qurumlar bununla bağlı məhkəməyə müraciət edə, bunun əsasında məhkəmə də, birmənalı şəkildə, karantin qaydalarına əməl etməyən, insan sağlamlığı üçün ciddi təhlükə yaradan restoran və kafelərin fəaliyyətinə xitam verə bilər. Bu çay evlərinin, kafelərin bu addımları ehtiyatsızlıq deyil, onlar bilərkdən, qəsdən karantin qaydalarını pozurlar. Onlara heç bir güzəşt edilə və onlara hər hansı bir humanist yanaşmadan söhbət gedə bilməz. Karantin qaydalarını pozan çay evlərinə, kafelərə qarşı ən sərt cəza tətbiq etmək lazımdır. Ən azı onların lisenziyaları ləğv edilsin, fəaliyyətlərinə 6 ay, bir ay qadağa qoyulsun. Onlara qarşı görülən bu cəza tədbirləri isə başqalarına görk olacaq və onların əməllərini təkrarlamayacaqlar”-deyə ekspert qeyd etdi.

Leyla QARAXANLI

Makronla Paşinyan arasından “qara pişik” adlayıb...

Samir Adıgözəlli: “Makronun da ona qoşulması və Paşinyanla eyni səviyyəyə düşməsi Avropanın Fransa kimi köklü bir dövləti üçün biabırçılıqdır, ona görə də, Makron geriyə addım atır”

Dünənə kimi “can deyib can eşidən”, “əbədi müttəfiq” olduqlarını bir-birinin cinayətkar əməllərinə dəstək verməklə dünya birliyinə bəyan edən Fransa prezidenti Emanuel Makronla Ermənistanın baş naziri Paşinyanın arasında “soyuq yellər” əsməyə başlayıb. Paşinyanın son davranışlarından qeyzlənən Makron “dostu”na qarşı müxtəlif ittihamlar səsləndirməyə, Paşinyanı onu eşitməməkdə suçlayıb.  
Belə ki, Ermənistanın “Hraparak” nəşri Fransa prezidenti Emmanuel Makronun ermənipərəst mövqeyi ilə bağlı növbəti və maraqlı bir faktı aşkara çıxarıb. Məlum olub ki, İrəvanın kapitulyasiyaya məcbur olmasından bir neçə gün sonra Fransa prezidenti erməni icmasının nümayəndələri ilə naharda iştirak edib və burada erməni lobbisinə Paşinyandan narazı olduğunu deyib.
Nəşrin yazdığına görə, Makron Fransa ermənilərinin Nikol Paşinyan haqqında fikirləri ilə maraqlanıb, onları diqqətlə dinləyib, sonra erməni baş nazirinin şəxsiyyəti və davranışı ilə bağlı şübhələrini gizlətməyib. O, müharibə zamanı dəfələrlə Nikolla əlaqə saxladığını, öz dəstəyini təklif etdiyini, hətta SMS yazdığını bildirib. Deyib ki, doğrudur, Paşinyan tez cavab verirdi, lakin heç vaxt öz təşəbbüsü ilə Makronla əlaqə saxlamayıb və heç nə xahiş etməyib.
Ekspertlər deyir ki, bundan başqa, Makronu təəccübləndirən məqam bu olub ki, Paşinyan nə noyabrın 10-da sənəd imzalanana qədər, nə də sonra onunla əlaqə saxlamayıb, ona belə bir sənədi qəbul etdirdiklərini bildirməyib və ya nəticələrini yumşaltmaq üçün imzalanmadan sonra nə etmək mümkün olduğunu soruşmayıb.
İctimai, Siyası Proseslərin Beynəlxalq Araşdırma Mərkəzinin rəhbəri, politoloq Samir Adıgözəlli bildirdi ki, Makron səhv yol tutaraq Paşinyan hökümətinin çaldığı havaya oynaması Fransa kimi bir dövlətin nüfuzdan düşməsinə səbəb oldu:”Prosesin başından Makronun Ermənistanın baş naziri Paşinyanın oyunlarına gəlməsi, bu oyunların alətinə çevirilməsi Fransa kimi bir dövlətə böyük bir biabırçılıq yaşatdı. Makron bu açıqlamaları ilə nüfuzunu çoxdan itirmiş Paşinyanın oyunlarına qoşulduğu üçün öz ölkəsində itirdiyi nüfuzunu bərpa etmək istəyir. Makron Paşinyana qarşı bu fikirləri ona görə səsləndirir ki, o Fransa daxilindəki nüfuzundan çox narahatdır. Digər məqam isə onunla bağlıdır ki, Makronun Paşinyana bu atmacalarının kökündə çox böyük ehtimal, onun Ermənistanda baş verəcək hakimiyyət dəyişikliyinin önündə durmaq istəyidir. Yəni Paşinyana demək istəyir ki, Ermənistanda baş verəcək hakimiyyət dəyişikliklərinin yenə də önündə durmaq iddiasındadır və bu dəfə onu yox, başqa birini dəstəkləyəcək. Bu gün Makron Ermənistan daxilində də Fransanın mövqeyini qorumaq, itmiş nüfuzunu bərpa etmək istəyir. Çünki Ermənistan müxalifətində də Fransanın nüfuzu çox aşağıdır. Makron Paşinyanın sərsəmləmələrinə, cinayətkar addımlarına dəstək verməklə həm öz ölkəsində, həm dünyada, həm də Ermənistanda nüfuzunu ciddi şəkildə zədələyib. İndi zədələnmiş nüfuzunun bərpası hayına qalıb. Elə hesab etməyin ki, Ermənistanın “böyük bacısı” olaraq Fransa Ermənistanda hər hanısa böyük bir nüfuza malikdir”.
Fransanın nüfuzunun zədələndiyini deyən S.Adıgözıllinin sözlərinə görə, son proseslər zamanı da Paşinyanın lağlağı səviyyəsinə düşməsi də Makronu ayıldıb:”Paşinyan lətifələrin personajına çevirilib, bütün dünyada lağ obyektidir. Makron da görür ki, ona “böyük bacı”lıq etdiyi Paşinyan bir lətifə personajıdır və onun heç bir nüfuzu yoxdur, onun gününə düşməmək üçün geri çəkilir. Ermənistanda ümumiyyətlə lider olmayıb, siyasi rəhbərlər olub, onların arasında da ən bərbad durumda olanı Paşinyandır. Paşinyan karikaturanın bütün növlərinə uyğun gələn bir personajdır, tipdir. Makronun da ona qoşulması və Paşinyanla eyni səviyyəyə düşməsi Avropanın Fransa kimi köklü bir dövləti üçün biabırçılıqdır, ona görə də, Makron geriyə addım atır”-deyə S.Adıgözəlli vurğuladı.

Aytəkin KƏRİMLİ

Sizin Reklam Yeriniz