Surroqat ana və donor bankı məsələsi yenidən mübahisəli qanun layihəsinə salına bilər-Özəl
Nusa Quliyev: "“Ailə planlaşdırması və reproduktiv sağlamlıq haqqında” qanun layihəsinə surroqat ana donor bankı ilə bağlı məsələlərin salınmaması barədə hələ tam qərar verilməyib"
""Ailə
planlaşdırması və reproduktiv sağlamlıq haqqında" qanun
layihəsinə surroqat ana
donor bankı ilə bağlı məsələlərin salınmaması barədə hələ tam qərar
verilməyib. Biz dindarların fikirlərini nəzərə alaraq, hələki qanun
layihəsindən surroqat ana donor bankı ilə bağlı məsələləri
çıxartmışıq. Amma mən bunu geriyə addım sayıram".
Bu sözləri Movqe.az-a Milli
Məclisin Sosial siyasət komitəsinin sədr müavini Musa Quliyev
söyləyib. M. Quliyev bildirib ki, Əhalinin sağlamliğinin qorunmasi
haqqinda qanunda hələ 15 il
əvvəl Ailənin planlaşdirilmasi və insanin reproduktiv
funksiyalarinin tənzimlənməsi müddəası yer alıb: "29-cu maddədə
Süni mayalanma və
embrionun implantasiyası nəzərdə tutulub. Bu
maddədə bildirilir: Yetkinlik yaşına çatan hər bir qadının süni
mayalanma və ona embrionun implantasiyası hüququ vardır. Süni
mayalanma və embrionun implantasiyası ər və arvadın (tənha qadının)
rəsmi razılığı olduqda aparılır. Süni mayalanma, embrionun
implantasiyası, eləcə də donorun şəxsiyyəti həkim sirridir. Qadın
süni mayalanmanın, embrionun implantasiyasının tibbi və hüquqi
nəticələri, tibbi-genetik müayinə donorun milliyyəti, xarici
görkəmi barədə məlumat almaq hüququna malikdir və bu məlumat tibbi
müdaxilə aparan həkim tərəfindən verilir. Qanunsuz süni mayalanmada
və embrionun implantasiyasında təqsiri olan şəxslər
qanunvericilikdə müəyyən edilmiş qaydada məsuliyyət
daşıyırlar. Amma bu gün biz bunu yeni
hazırlanan "Ailə planlaşdırması və reproduktiv sağlamlıq haqqında"
qanun layihəsinə sala bilmirik. Bu geriyə addım
deməkdir".
Bununla belə M. Quliyev deyir
ki, hazırda donor məsələsi Azərbaycan üçün aktual deyil: "Süni
mayalanmaya müraciət edən 2000 nəfərdən 100 nəfərinin ancaq donora
ehtiyacı olur. Bu rəqəmlər göstərir ki, qanuna donor məsələsinin
salınmaması elə də problem yaratmayacaq. Üstəlik, müsəlman
ölkələrinin çoxunda bu məsələ qanuna salınmayıb. Amma gələcəkdə bu
məsələyə baxıla bilər".